Bakıda ər ona cavab qaytaran arvadını döydü
Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.
Bakının Sabunçu rayonunda ər-arvad arasında yaşanan mübahisə sonda cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin avqustun 28-də baş verib. Tovuz rayon sakini, 1984-cü il təvəllüdlü Əsəd həmin gün saat 23 radələrində yaşadıqları evin qonaq otağında həyat yoldaşı Sevil (adlar şərtidir – red.) ilə mübahisə edib.
Bu zaman Əsəd arvadının ona cavab qaytarmasından əsəbləşib və yumruqla bir dəfə qadının baş nahiyəsindən vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Fakta görə Əsədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Əsəd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Zərərçəkmiş də ərini bağışlayıb, ona qarşı şikayətini geri götürüb.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Baxış sayı:138
Bu xəbər 07 Aprel 2026 11:39 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları