Bakıda kişi işə görə deyinən arvadını vəhşicəsinə döydü
Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakıda arvadını döyən daha bir kişi cəzalandırılıb.
Lent.az xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.
43 yaşlı Rüfət Quliyevlə (şərti adla) arvadı Arifə (şərti adla) arasında yaşadıqları evdə mübahisə yaranıb. Mübahisə zamanı Rüfət arvadının başına dəfələrlə vuraraq, yerə yıxıb. Sonra ayağı ilə ağzına zərbə vurub və əli ilə qadını boğub.
Nəticədə o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, Arifə ilə 15 il ailəli olub 2025-ci ildə boşanıblar. Lakin sonradan barışaraq, bir evdə yaşamağa davam ediblər. Rüfətin sözlərinə görə, arvadı evdə işlərinin ağırlığından deyinib. O da buna görə qadına irad bildirib və aralarında mübahisə yaranıb. Təqsirləndirilən şəxs deyib ki, mübahisə zamanı onun qohumlarını söydüyü üçün Arifəni döyüb. O, həmçinin əməlindən peşman olduğunu dilə gətirib.
Zərərçəkənin sözlərinə görə isə əri rayonlardan süd gətirir və o da həmin südlərdən qatıq hazırlayaraq, satır. Arifə hər gün işinin ağır olmasından gileyləndiyi üçün əri ilə aralarında mübahisə yaranıb. Qadın bildirib ki, mübahisə zamanı əri onu və ailəsini söyüb. Sonra dəfələrlə başına zərbələr vuraraq, yerə yıxıb. Ayağı ilə ağzına da bir neçə dəfə vurub və əli ilə onu boğub.
Arifə artıq Rüfətlə bir yerdə yaşamadıqlarını deyərək, ondan şikayətçi olduğunu bildirib.
Məhkəmənin qərarı ilə Rüfət Quliyev 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. Qərara əsasən, Rüfət gecə saat 23:00-dan səhər saat 7:00-dək yaşadığı evi, 6 ay ərzində isə Bakını tərk etməməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 22 Oktyabr 2026 19:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















