Icma.az
close
up
RU
Bakıda kişi siqaretə görə satıcını vəhşicəsinə döydü

Bakıda kişi siqaretə görə satıcını vəhşicəsinə döydü

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Biləsuvar rayonunda 1989-cu il təvəllüdlü İsmayıl həmyerlisi Xəyala (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin yanvarın 14-də Biləsuvar şəhərində yerləşən marketlərdən birində baş verib. 
İsmayıl həmin gün saat 22 radələrində sərxoş halda marketdə satıcı işləyən Xəyalı nalayiq sözlərlə söyüb təhqir edib, bir neçə dəfə baş, boyun və sifət nahiyələrindən yumruq zərbələri ilə vurub. 
İsmayılın barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən İsmayıl ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, ailəsi ilə birlikdə Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən evdə yaşayır, faktiki nikah münasibətindədir və himayəsində 1 uşağı var:
“Mən rəsmi olaraq heç bir yerdə işləməsəm də, fəhləlik etməklə ailəmin dolanışığını təmin edirəm. Zərərçəkmiş Xəyalı satıcı kimi tanımışam və sonuncu ilə aramızda düşmənçilik və ya ədavət olmayıb”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, 2025-ci ilin yanvarın 14-də, axşam saatlarında dostları ilə yemək yeyərək, spirtli içkilər qəbul etdikdən sonra siqaret almaq məqsədi ilə yaşadığı evin qarşısında yerləşən marketə gedib:
“Bir ədəd “Keno” markalı siqaret aldım. Sonradan fikrimi dəyişdim və aldığım tütün məmulatını qaytardım, başqa markalı siqaret almağa qərar verdim. Aldığım siqareti dəyişdirmək istədiyimi dedikdən sonra satıcı müdiriyyətin satılan malları geri qaytarmağa və ya dəyişdirməyə icazə vermədiyini bildirdi, həmin tütün məmulatını qaytarmaqdan imtina etdi. Sərxoş olduğuma görə Xəyalın sözlərindən hiddətləndim. Buna görə də anidən Xəyalı tutaraq, kassa aparatının arxasından çıxardım və həmin şəxsi küncə saldım. Xəyalın baş, boyun və sifət nahiyələrinə bir neçə dəfə yumruq zərbələri endirdim. Onun boyun nahiyəsindən tutaraq sıxdım. Həmçinin zərərçəkmiş şəxsi yumruqlamaqla yanaşı, onu söyərək təhqir etdim. Həmin vaxt marketdə olan digər müştərilər məni ayıraraq, bizi uzaqlaşdırdılar”. 
Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə İsmayıl 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 
Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün axşam saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməsi, həmçinin Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməsi qadağan olunub. 
Bundan başqa, ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub. 
Bundan əlavə, İsmayıla kütləvi və digər tədbirlər təşkil etmək, belə tədbirlərdə iştirak etmək qadağan olunub. 
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Mart 2026 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see342

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see334

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see328

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see268

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see265

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see249

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see244

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see236

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see228

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see226

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see223

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see221

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see220

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see216

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see208

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see204

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see200

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see189

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see188

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri