Icma.az
close
up
RU
Bakıda kişidən dəhşətli əməl: Əvvəl arvadını döydü, sonra isə... TƏFƏRRÜAT

Bakıda kişidən dəhşətli əməl: Əvvəl arvadını döydü, sonra isə... TƏFƏRRÜAT

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Bakının Sabunçu rayonunda 1957-ci il təvəllüdlü Bəşir şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Minəyə (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə 28 may 2024-cü ildə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş-Karxanasında baş verib. 
Bəşir orada fərdi evin həyətində arvadı Minə ilə arasında ailə məişət zəminində baş vermiş mübahisə zamanı qəsdən yumruq zərbələri ilə onun sifət nahiyəsinə və bədəninin müxtəlif nahiyələrinə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən Bəşirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəşir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 
O, ifadəsində göstərib ki, arvadı Minə yenə evi tərk etmədiyi üçün 28 may 2024-cü ildə, saat 12:10-da Maştağa qəsəbəsi, Daş Karxanasında yerləşən evinə gələrək işıq sayğacının enerji ayırıcısını işıqların sönməsi üçün ayırıb: 
“Sonra evə daxil olaraq Minəyə evdən çıxmağını tələb etdim. Bu zaman aramızda mübahisə baş verdi. Mübahisə zamanı Minə məni təhqir etdi. Ona görə də əsəbləşərək yumruqla arvadımın sifət nahiyəsinə və bədəninin müxtəlif nahiyəsinə zərbələr vuraraq onu döydüm”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Minənin sözlərinə görə, 2003-cü ildə Bəşir ilə ailə həyatı qurub, birgə nikahdan himayəsində 2 övladı var: 
“Buna baxmayaraq 2017-ci ildə heç bir səbəb olmadan ərim Bəşir sərbəst yaşamağını deyərək evdən getdi. Həmin tarixdən Bəşir mənə evdən çıxmağını tələb edərək, hazırda Maştağa qəsəbəsi, Daş Karxanasında yerləşən evi ona məxsus olduğunu bildirdi. Lakin mən evdən çıxmadım. Bu səbəbdən də Bəşir gələrək evin qaz və işıq sayğaclarını bağlayır, susayğacını sındıraraq gedirdi ki, bezib evdən çıxım”. 
Zərərçəkmiş şəxs qeyd edib ki, mayın 28-də, saat 12:10-da Bəşir gələrək işıq sayğacının enerji ayırıcısını çıxarıb: “Sonra Bəşir evə gəldi və mənim evdən çıxmağımı tələb etdi. Lakin mən evdən çıxmayacağını dedim. Bu zaman Bəşir evdə olan məişət əşyalarını sindırdı, sonra yumruqla  sifətimə və bədən nahiyəmin müxtəlif yerlərinə zərbələr vuraraq məni döydü”.
Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. 
Məhkəmənin hökmü ilə Bəşir min manat miqdarında cərimə olunub. 
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Mart 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see349

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see271

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see225

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see220

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see215

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see214

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see210

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see210

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see199

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see198

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see197

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see189

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see184

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see181

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see179

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see171

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri