Icma.az
close
up
RU
Sərxoş kişidən dəhşətli əməl: Arvadını küçədə sürüdü, qonşusuna isə...

Sərxoş kişidən dəhşətli əməl: Arvadını küçədə sürüdü, qonşusuna isə...

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Zaqatala rayonunda 1976-cı il təvəllüdlü Adil şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Səmayəyə və həmyerlisi Turala (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 16 mart 2023-cü ildə baş verib. Adil həmin gün, saat 19:30-da alkoqol sərxoşluğu vəziyyətində yaşadığı evdə arvadı Səmayə ilə aralarında baş vermiş mübahisə zamanı sonuncu onun aqressiv hərəkətlərindən qorxaraq evdən həmin küçəyə çıxıb. 
Daha sonra o, Səmayənin ünvanına söyərək arxasınca qaçıb. O, həmin küçədə yerləşən Turalın evinin qarşısında ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə arvadı Səmayəyə heç bir bir əsaslı səbəb olmadan nalayiq söyüşlər işlədib. O, Səmayəni əli ilə vuraraq yerə yıxdıqdan sonra onu yenidən vurmaması üçün möhkəm qışqırıb. Həmin vaxt səsə çölə çıxan Tural Adilin bu hərəkətlərinin qarşısını almaq istəyib. Adil özündə olan bıçaqla Turalın döş qəfəsindən bir zərbə vurub. 
Bundan başqa, Adil satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda yəni, təmiz çəkisi 261,49 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuana əldə edərək üzərində saxlayıb. 17 mart 2023-cü ildə Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin narkotik vasitəni satış məqsədi olmadan üzərində qanunsuz daşıyarkən Zaqatala rayonunun kəndi ərazisində saxlanılıb. 
Zaqatala Rayon Polis Şöbəsinə gətirilmiş Adildən 261,49 qram olan, bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuana aşkar edilib. 
Hadisəni törədən Adilin barəsində Cinayət Məcəlləsinin 221.3 (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddələri ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Adil ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, içkili vəziyyətdə evə gəlib, lakin yoldaşını evdə görməyib və onu axtarmağa başlayıb: “Qohumlarıma, bacıma zəng etdim, lakin yoldaşımı tapa bilmədim. Daha sonra onun kəndin başından gəldiyini gördüm, onu səslədim. Lakin yoldaşım gəlmədi, qaçmağa  başladı və qarşıda yıxıldı. Mən də onun üzərinə yıxıldım. Bu zaman səsə Tural çıxdı. Mən isə bizim ailə münasibətlərimizə qarışmamasını istədim. Mən yoldaşımı vurmamışam. Ayağa qalxarkən bıçaqla Turala xəsarət yetirmişəm. Lakin Tural özü hiss etmədi. Ona xəsarət yetirməyimi özüm dedim. Həmçinin evimdə narkotik vasitə olub. Həmin narkotik vasitəni evdən çıxarmaq istəyən zaman polis əməkdaşları məni saxladılar”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Səmayənin sözlərinə görə, Adil ilə 4 il bundan əvvəl qeyri-rəsmi nikahla evlənib, birgə evliliklərindən Röyalə adlı bir qız övladı var: “Martın 16-da, saat təxminən 19:30-da Adil radələrində Adil içkili sərxoş vəziyyətdə digər zərərçəkmiş Turalın evindən təxminən 100 metr aralıda olan kirayədə yaşadığımız evə gəldi. Sərxoş vəziyyətdə heç bir əsas və səbəb olmadan mənimlə mübahisə etdi. Həmin vaxt evdən çölə çıxdım. Bu zaman Adil mənim evə çağırdı. Lakin evə getmədim. Həmin vaxt Adilin bacısı qızı Nuray və bacım Mahirə də bizdə olub. Adil içkili vəziyyətdə mənim arxamca düşdü, məni söydü. Qorxudan həyətdən çıxaraq küçəyə qaçdım. Evdən küçəyə çıxaraq qonşuluqda yaşayan Turalın evinin qarşısına çatanda Adil məni itələyərək yerə yıxdı. Adil çataraq, başımın üstə dayandı. Adilin məni vuracağından qorxdum və möhkəm qışqırdım. Lakin Adil məni  vurmadı. Adil içkili olduğuna görə ona evə getmədiyimi dedim. Mənim qışqırtı səsimə Tural yaşadığı evdən küçəyə çıxdım. Tural Adili məndən kənarlaşdırdı, dalaşmamağımızı dedi. Bu zaman Adil Turala “bizim ər-arvadıq işimizə qarışma” dedi. Tural da “mənim evimin qarşında mübahisə etməyin, gedin öz evinizdə mübahisə edin” dedi. Mən həmin vaxt ayağa qalxdım, 2 yaşlı qızımı götürərək oradan getdim. Amma Adil orda qaldı. Bundan sonra nə baş verdiyni bilməmişəm. Sonradan polis şöbəsində Adilin Turala bıçaqla xəsarət yetirdiyini bildim”.
Bu cinayət işinə Zaqatala Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Adil 6 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. 
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Mart 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see362

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see339

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see282

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see272

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see262

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see252

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see241

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see233

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see231

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see226

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see222

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see220

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see210

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see209

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see201

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see187

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see178

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see170

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see170

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri