Icma.az
close
up
RU
Bakıda kriptovalyuta və blokçeyn texnologiyaları sahəsində təlim keçirilib

Bakıda kriptovalyuta və blokçeyn texnologiyaları sahəsində təlim keçirilib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 29 aprel, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi” və dünyanın aparıcı kriptovalyuta tədris platformalarından olan “Binance Academy”nin birgə təşkilatçılığı ilə “İnnovasiyalar Mərkəzi”nin nəzdində fəaliyyət göstərən “Blokçeyn Təlim Mərkəzi”ndə 3 günlük intensiv “CryptoA2Z” təlim proqramı keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, bu təşəbbüs ötən il 4SİM və "Binance" şirkəti arasında imzalanmış memorandum çərçivəsində həyata keçirilib. Memorandumun əsas məqsədi Azərbaycan gənclərini və mütəxəssislərini Web3, blokçeyn və əlaqəli texnologiyalar sahəsində qabaqcıl biliklərlə təmin etməkdir.

Bu əməkdaşlıq çərçivəsində kurikulumların hazırlanması, sənaye ekspertləri tərəfindən mühazirələrin keçirilməsi və təlimçilər üçün birgə seminarların təşkili kimi fəaliyyətlər nəzərdə tutulur.

Kriptovalyuta və blokçeyn texnologiyalarına maraq göstərən, həmçinin bu sahəyə yeni başlayan şəxslər üçün nəzərdə tutulan təlimlərdə 160-dan çox adam iştirak edib.

Tədris proqramının əsas məqsədi Azərbaycanda kriptovalyuta və blokçeyn texnologiyaları sahəsində ictimai maarifləndirməni artırmaq, rəqəmsal maliyyə alətlərinin praktiki əhəmiyyətini nümayiş etdirmək və bu sahədə yerli və beynəlxalq əməkdaşlıq perspektivlərini gücləndirməkdir.

Təlim proqramı çərçivəsində iştirakçılara kriptovalyutanın yaranma tarixi, əsas anlayışları və blokçeyn texnologiyasının işləmə prinsipləri – o cümlədən desentralizasiya, şəbəkə strukturu və tranzaksiya prosesləri barədə ətraflı məlumat verilib. Proqramda həmçinin kriptotəhlükəsizlik, istifadəçi məlumatlarının qorunması yolları, eləcə də memkoinlər, DeFi (desentralizasiya olunmuş maliyyə), NFT və Web3 texnologiyaları ilə bağlı ilkin biliklər əhatə olunub. Təlim iştirakçıları praktiki şəkildə kripto hesabların yaradılması və istifadəsi ilə tanış olub, kriptonun real həyatdakı tətbiq sahələri və iqtisadi imkanları ilə bağlı nümunələr üzərində işləyiblər. Eyni zamanda, proqramda bu sahədə karyera perspektivləri və innovativ startap imkanlarına dair faydalı istiqamətlər təqdim edilib.

Təlimlər interaktiv və praktiki yanaşma əsasında aparılıb. İştirakçılara kripto hesablar və transaksiya prosesləri barədə məlumat verilib, viktorinalar, oyunlar və sual-cavab sessiyaları təşkil edilib.

Proqramın sonunda aktiv iştirakçılara “Binance” şirkəti tərəfindən rəsmi sertifikat, xüsusi hədiyyələr və platformada depozit imkanları təqdim olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Aprel 2025 08:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri