Bakıda kriptovalyuta və blokçeyn təlimləri keçiriləcək
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və kriptovalyuta və blokçeyn sahəsində tanınmış tədris platforması olan “Binance Academy”nin təşkilatçılığı, ASAN İnnovativ İnkişaf Mərkəzinin nəzdində fəaliyyət göstərən Blokçeyn Tədris Mərkəzinin dəstəyi ilə Bakıda üç günlük intensiv “CryptoA2Z” təlimləri keçiriləcək.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, təlim proqramı kriptovalyuta və blokçeyn sahəsində biliklərini artırmaq istəyənlər, həmçinin bu sahəni yeni öyrənmək istəyənlər üçün nəzərdə tutulub. Təlimlər aprelin 25, 26 və 27-də təşkil olunacaq.
Tədris proqramında əhatə olunacaq əsas mövzular – “Kriptovalyuta nədir? Tarixi və əsas anlayışlar”, “Blokçeyn necə işləyir?” (Desentralizasiya, tranzaksiyalar və s.), “Binance ekosisteminə giriş”, “Kripto təhlükəsizliyi: Fırıldaqçılıqlardan necə qorunmalı?”, “Memkoinlər, DeFi, NFT və Web3 haqqında ilkin məlumat”,”Öz kripto hesabınızı necə yaratmalı”, “Kriptonun real həyatda tətbiqi”, “Bu sahədə karyera imkanları və startap qurmaq” olacaq.
Proqram interaktiv formada keçiriləcək – oyunlar, viktorinalar, sual-cavab sessiyaları və iştirakçılar üçün xüsusi həvəsləndirici tapşırıqlar nəzərdə tutulub. Təlimin sonunda aktiv iştirakçılar “Binance” şirkətindən hədiyyələr, platformada depozit fürsətləri və digər sürprizlərlə mükafatlandırılacaqlar.
Tədbirin məqsədlərinə Azərbaycanda “Binance” ekosistemini tanıtmaq və genişləndirmək, eləcə də yerli dövlət qurumları ilə əməkdaşlığı gücləndirməkdir. Təlim ingilis dilində keçiriləcək. Təlimin sonunda iştirakçılara rəsmi sertifikat təqdim ediləcək.
İştirak etmək istəyənlər üçün qeydiyyat linki: https://meetup.binance.events/e/azerbaijan-education
Baxış sayı:75
Bu xəbər 14 Aprel 2025 14:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















