Icma.az
close
up
RU
Bakıda küçədə tanış olduğu kişini evinə gətirdi: Arvadının yanında qoyaraq Gəncəyə getdi

Bakıda küçədə tanış olduğu kişini evinə gətirdi: Arvadının yanında qoyaraq Gəncəyə getdi

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Bakıda qadına bıçaqla hücum edən şəxs həbs edilib.

Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib. Şirvan şəhər sakini, 2000-ci il təvəllüdlü İxtiyar Süleymanov Bakıya gələrək, Ağ şəhər ərazisində tikintidə işləyib. O, qalmağa evi olmadığından gecələr paytaxtın müxtəlif ərazilərindəki parklarda gecələyib, tüfeyli həyat tərzi keçirirmiş.

Bir gün parkda vətəndaşlardan pul istəyərkən, Elşad adlı şəxs ona yaxınlaşıb pul və su verib, gənc oğlanın nə üçün diləndiyini soruşub. İxtiyar qalmağa yeri olmadığını, fəhlə işlədiyini və parklarda gecələdiyini bildirib. Elşad ona ailəsi ilə birlikdə qalmağı təklif edib və İxtiyar da razılaşaraq onlara gedib. Elşad ona yeni paltarlar alıb, onun evində qalmasına icazə verib.

Bir müddətdən sonra Elşad İxtiyarı alkoqolizmdən məcburi müalicəyə göndərib və altı ay müalicə etdirəndən sonra yenidən evinə qaytarıb. İxtiyar Elşadın ailəsinə lazım olan gündəlik tələbat mallarını alır, ailə ilə birlikdə yaşayırmış.

Təxminən bir ay sonra Elşad insult keçirir və Gəncəyə valideynlərinin yanına qayıdıb. Həyat yoldaşı isə övladı ilə birlikdə Bakıda qalıb. İxtiyar da onun ailəsi ilə birlikdə qalaraq, ona və övladına baxacağına söz verib.

Bir müddətdən sonra məlum olur ki, Elşad ailəsindən boşanıb. Elşad İxtiyara zəng vuraraq, onun ailəsindən uzaq durmağı tapşırsa da, İxtiyar ona məhəl qoymayıb.

Bir gün İxtiyar evdə qadının başqa oğlanla telefonla danışdığını görüb və onunla mübahisə edib. Qadın bundan sonra İxtiyarı evdən qovub, lakin İxtiyar hər gün qadına zəng edərək, onu ölümlə hədələyib.

Bir neçə gün əvvəl hadisə yenidən təkrarlanıb və İxtiyar qadına zəng vuraraq, parkda görüş tələb edib. Qadın bu barədə polisə məlumat verib və görüş məqsədi ilə Yasamal rayonundakı marketlərdən birinə gəlib, İxtiyara zəng vurub. İxtiyar bıçaqla marketə daxil olaraq qadını yaxalayıb və onu marketdən çıxarmaq istəyərkən polis əməkdaşları tərəfindən yaxalanıb.

Yasamal Rayon Polis İdarəsi əməkdaşları hadisə ilə bağlı protokol tərtib edərək işi məhkəməyə göndəriblər.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə İxtiyar Süleymanov 25 sutka inzibati qaydada həbs edilib.

Samir Əli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://oxu.az
archiveBu xəbər 23 Sentyabr 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri