Bakıda kütləvi qaçış tədbiri FOTO İdman və Biz
Icma.az, Idman.biz saytına istinadən bildirir.
Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Atletika Federasiyası və "Zəfər" Qaçış Klubunun birgə təşkilatçılığı ilə kütləvi qaçış tədbiri keçirilib.
İdman.biz xəbər verir ki, Böyükşor bulvarında təşkil olunan və atlet Tarverdi Əliyevin anadan olmasının 86 illiyinə həsr olunan yarışda 160 iştirakçı mübarizə aparıb.
Yerli idmançılarla yanaşı, Türkiyə, Rusiya, Böyük Britaniya, İran, Çin, Ukrayna, Qazaxıstan təmsilçiləri 12 km məsafəyə qaçışda müxtəlif kateqoriyalarda qalibləri müəyyən ediblər.
Ümumi kateqoriyada kişilər arasında Samir Hüseynov yarışın qalibi olub. Qadınlarda isə Natalya Valek fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
40, 50 və 60 yaşdan yuxarı iştirakçılar kateqoriyalarında isə kişilərdə müvafiq olaraq Elşad Nəsibov, Yadigar Hüseynov, Tapdıq Dadaşov, qadınlarda İrina Xəlilova və Alyona Süleymanova fərqləniblər.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 12 Yanvar 2025 18:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















