Türkiyəli qonaqlar Bakıda idman qurğularında FOTO İdman və Biz
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
"İdman sahəsində mütəxəssis mübadiləsi proqramı" çərçivəsində Türkiyə nümayəndə heyəti Azərbaycana səfər edib.
İdman.biz xəbər verir ki, qonaqlar Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə maraqlanıblar.
Səfər zamanı qonaqlar Gənclər və İdman Nazirliyi, Azərbaycan İdman Akademiyası, Heydər Əliyev Mərkəzi, İçərişəhər və Xalça Muzeyini ziyarət ediblər.
Onlar, həmçinin Su İdmanı Sarayının, Avropa Oyunları Parkının, Milli Gimnastika Arenasının, Azərbaycan Cüdo Federasiyasının, Bakı Atıcılıq Mərkəzinin, Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutunun, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin fəaliyyəti ilə tanış olublar. Nümayəndə heyəti Şüvəlanda “Ulduz” Futbol Akademiyasının düşərgəsinə də baxış keçirib.
Gənclər və idman naziri Fərid Qayıbovla görüşən qonaqlar fəaliyyətləri barədə danışıblar.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 28 Dekabr 2024 15:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















