Bakıda magistral su kəmərində qəza: Bu ərazi susuz qaldı
Pravda.az saytına istinadən Icma.az xəbər verir.
Magistral su kəmərində baş verən qəzanın aradan qaldırılması ilə bağlı işlər çərçivəsində Suraxanı rayonu Hövsan qəsəbəsinin bəzi ərazilərində suyun verilməsində 15 noyabr tarixində yaranan fasilələrin 16 noyabr tarixi, səhər saatlarında aradan qaldırılacağını bildirmişdik. Həmin xəttin üzərindəki torpaq təbəqəsi açıldıqdan sonra qəza həcminin böyük olduğu aşkarlanıb.
Bu barədə Pravda.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
"Bununla bağlı təcili təmirə ehtiyac yarandığı üçün ümumi işlərin noyabrın 17-si tam yekunlaşdırılacağı və əraziyə suyun verilməsinin gün ərzində mərhələlərlə bərpa ediləcəyi planlaşdırılır", - məlumatda qeyd olunub.

Bakıda magistral su kəmərində qəza: Bu ərazi susuz qaldı
16 Noyabr 2024 12:58
Bu ərazi susuz qaldı
10 Yanvar 2025 00:28
Özbəkistanda magistral qaz kəmərində yanğın baş verib
10 Fevral 2025 14:14
Bakıda magistral yolu su basıb, sakinlər problemin həllini gözləyirlər
30 Yanvar 2025 20:12
Bakının bu rayonunda qaz kəmərində qəza oldu
25 Fevral 2025 18:39

