Bakıda marketdən çıxıb bacısıgilə gedən qadın küçədə öldürüldü, əri saxlanıldı
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakının Xəzər rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Moderator.az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə rayonun Binə qəsəbəsində baş verib.
Qırx yaşlı Günel Tapdıq qızı Abbasova çalışdığı marketdən çıxıb bacısının evinə gedərkən əri, 1989-cu il təvəllüdlü Firuz Akif oğlu Qasımov onun qarşısını kəsib.
Firuz Qasımov ona boşanmaq üçün məhkəməyə ərizə verməsinə görə irad tutub. Qadın isə boşanacağını deyib. Bundan hiddətlənən Firuz həyat yoldaşının sinəsinə 14 bıçaq zərbəsi vurub.
Qadın hadisə yerində ölüb.
Qeyd edək ki, onların birgə nikahdan iki yeniyetmə övladı var. Hadisə günü isə övladlar Biləsuvar rayonunda nənələrinin yanında olublar. Günel Abbasova bir aydır ki, yoldaşından uzaqlaşıb bacısının evində yaşayırmış.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Firuz Qasımov saxlanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 22 Yanvar 2026 18:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















