Sumqayıtda qadın küçədə öldürüldü: Əri saxlanıldı VİDEO
Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Sumqayıtda 40 yaşlı Aygün Bağırova küçədə bıçaqlanaraq qətlə yetirilib.
"Cebheinfo.az" Baku TV-yə istinadən xəbər verir ki, hadisə Səməd Vurğun küçəsində baş verib.
Onun əri tərəfindən bıçaqlanaraq öldürüldüyü bildirilir. Hadisə şahidlərinin sözlərinə görə, əvvəlcə ər-arvadın arasında mübahisə olub. Sonra isə kişi bıçaqla ona çoxsaylı xəsarətlər yetirib.
Hadisə yerinə dərhal təcili tibbi yardım çağırılıb, qadın xəstəxanaya çatdırıldıqdan bir qədər sonra vəfat edib.
Qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb, faktla bağlı araşdırma aparılır.
Daha ətraflı süjetdə:
"Cebheinfo.az"

Sumqayıtda qadın öldürüldü: Əri...
29 Yanvar 2025 09:33
Sumqayıtda 40 yaşlı qadın öldürüldü, əri saxlanıldı
02 İyul 2025 09:04
Sumqayıtda kişi küçədə öldürüldü Kürəkəni saxlanıldı
12 İyul 2025 05:37
Bakıda 39 yaşlı qadın öldürüldü Əri saxlanıldı
08 Aprel 2025 10:38
Qadın iş yerində öldürüldü Keçmiş əri saxlanıldı
18 Noyabr 2024 09:59

