Icma.az
close
up
RU
Bakıda Məhəmməd peyğəmbərin həyatını və irsini özündə əks etdirən kitabın təqdimatı olub

Bakıda Məhəmməd peyğəmbərin həyatını və irsini özündə əks etdirən kitabın təqdimatı olub

Icma.az, Report.az saytına istinadən bildirir.

Bakıda Məhəmməd peyğəmbərin (s) həyatını və irsini özündə əks etdirən kitabın təqdimat mərasimi keçirilib.

"Report" xəbər verir ki, "Əs-Sirə ən Nəbəviyyə" adlı kitabda Allahın rəsulunun həyat və fəaliyyəti, eləcə də irsindən söz açılır.

Əbdülmalik ibn Hişamın “Əs-Sirə ən-Nəbəviyyə” kitabı İslam dünyasının ən önəmli əsərlərindən biri sayılır və ilk dəfədir Azərbaycan dilinə tərcümə olunur.

Təqdimat mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təmsilçiləri, ictimaiyyət nümayəndələri və media mənsubları iştirak ediblər.

Dini Komitənin Ekspertiza şöbəsinin müdiri Nahid Məmmədov sözügedən kitabın Azərbaycan dilinə tərcümə edilməsinin və nəşrinin əhəmiyyətindən danışıb.

Kitabın həmmüəllifi, filologiya üzrə fəlsəfə doktoru Heybət Heybətov tərcümə prosesindən bəhs edib. O, təqdimatın Ramazan ayında keçirilməsinin təsadüfi olmadığını diqqətə çatdırıb: “Kitabda Məhəmməd (s) peyğəmbərin erkən yaşlarındakı həyatı, onun Mədinəyə hicrəti, yenidən Məkkəyə qayıdışını əhatə edən 500-dən çox hadisə barədə zəngin hadisələr təfsilatı ilə qələmə alınıb”.

Tərcümə əsərinin digər həmmüəllifi Mais Ağaverdiyev isə bildirib ki, əsərdə Allahın rəsulunun yaşadığı dövrdə baş verən tarixi hadisələr barədə dolğun məlumatlar və İslamın yaranma dövrünə dair geniş bilgilər oxucuya təqdim edilir.

Kitab Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili kafedrasının müdiri, filologiya elmləri doktoru Vüqar Qaradağlının elmi rəhbərliyi altında çap olunub.

Qeyd edək ki, Məhəmməd (s) peyğəmbərin tərcümeyi-halı ilk dəfə Mühəmməd ibn İshaq əl-Mədəni (699-769) tərəfindən qələmə alınıb. İbn İshaq Allahın rəsulunun yaşadığı dövrə zaman kəsiyində ən yaxın mənbə hesab olunduğundan “Əs-Sirə ən-Nəbəviyyə”nin müəllifi İbn Hişam öz rəvayətində məhz bu əsərə istinad edir.

“Əs-Sirə ən-Nəbəviyyə” müqəddəs kitab və hədislərdən sonra İslam dünyasında Məhəmməd peyğəmbərin (s) həyatını əks etdirən dəqiq mənbə hesab olunur və əhəmiyyət dərəcəsinə görə Qurani-Kərim və hədislərdən sonra İslam elminin üçüncü ən etibarlı qaynağı sayılır.

Sosial layihə çərçivəsində xeyriyyə məqsədilə nəşr edilən kitab Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılığı əsasında “Şərq-Qərb” ASC-də çap olunub.

Təqdim olunan əsər “Ali və Nino”, “Libraff” və “Baku Book Center” şəbəkələri başda olmaqla bir çox kitab mağazalarında satışdadır.

Foto: Məhəmməd Ağayev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://report.az
archiveBu xəbər 03 Mart 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri