Icma.az
close
up
RU
Bakıda ləzgi dilində kitabın təqdimatı olub

Bakıda ləzgi dilində kitabın təqdimatı olub

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Eyvaz Güləliyevin Ləzgi dilində çap olunan “Seçilmiş əsərlər II hissə” kitabının təqdimatı keçirilib. Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad olunub.

Modern.az xəbər verir ki, açılış nitqi ilə çıxış edən BBMM-in icraçı direktoru Rəvan Həsənov vurğulayıb ki, tədbirin təşkil olunması ölkəmizdə etnik-mədəni müxtəlifliyin qorunması və inkişafı istiqamətində aparılan dövlət siyasətinin real nəticəsidir. O, diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən multikulturalizm siyasəti bu gün artıq təkcə ideya deyil, ölkəmizin milli inkişaf modelinin ayrılmaz tərkib hissəsidir. Bu siyasət bütün xalqların dilinin, dininin, mədəniyyətinin, adət-ənənələrinin qorunmasını və inkişaf etdirilməsini dövlətin prioriteti kimi müəyyənləşdirir. Məhz bu ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycanda yaşayan bütün etnik icmalar öz mədəni irslərini sərbəst şəkildə yaşatmaq və gələcək nəsillərə ötürmək imkanı qazanırlar.

“Alam” Ləzgi Mədəniyyəti jurnalının baş redaktoru Kamran Qurbanəliyevin moderatorluğu ilə davam edən tədbirdə digər çıxış edənlər - “Samur” Ləzgi Milli Mərkəzinin sədri İmran Rzayev, filologiya elmləri namizədi şair Gülbəs Aslanxanova, Azərbaycan Yazıçılar Birliyinin üzvü Etibar Bağırov, Qusar sakini Elşad Salbuzov,  “Samur” Ləzgi Milli Mərkəzinin üzvləri Bəsti Niftiyeva, Abir Tahirov, Ramazan Əliyev,  Roza Hacımuradova, Bakı Dövlət Universitetinin tələbəsi şair Qoşqar Qaraçaylı, Talış icmasının ağsaqqalı İmamverdi Həmidov bildiriblər ki, müəllifin əsərləri ləzgi dilinin qorunmasına, mədəni dəyərlərin yaşadılmasına və gənc nəslin ədəbiyyata marağının artırılmasına töhfə verir. Onlar Azərbaycan dövlətinin multikulturalizm siyasətinin bütün xalqların ədəbi və mədəni irsinə verdiyi dəstəyi yüksək qiymətləndiriblər.

Sonda müəllif Eyvaz Güləliyev kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib, BBMM-ə bu işə göstərdiyi dəstəyə görə təşəkkür edib.

Qeyd edək ki, ləzgi şairi Eyvaz Güləliyevin “Seçilmiş əsərlər II hissə” kitabında müəllifin şeirləri, qəzəlləri və Azərbaycanın tanınmış şairlərinin ləzgi dilinə tərcümə olunmuş əsərləri yer alıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Dekabr 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see416

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see403

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see386

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see368

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see255

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see254

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see249

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see242

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see238

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see232

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see223

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see216

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see209

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see203

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see187

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see184

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see180

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see174

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see174

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri