Bakıda məhkəmə binasına butulka atan şəxs cərimələndi
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Bakı İnzibati Məhkəməsinin binasına butulka atan şəxs inzibati məsuliyyətə cəlb olunub.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Nərimanov rayonunda yerləşən məhkəmənin inzibati binasında baş verib.
Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Aqil Səlimov (ad-soyad şərti verilib – red.) Bakı İnzibati Məhkəməsinin binasına butulka atıb.
Bu səbəbdən həmin şəxs Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə aparılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol yazılıb.
İş üzrə ifadə verən təqsirləndirilən şəxs özünü ittiham üzrə təqsirli bilib. O bildirib ki, hadisə vaxtı içkili olub və həmin butulkanı məhkəmənin həyətinə atıb:
“Törətdiyim əməlindən peşmanam. Bu kimi hallara yol verməyəcəm. Məhkəmədən 2-ci qrup əlil olmağımın nəzərə almasını xahiş edirəm”.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə o, 75 manat miqdarında inzibati qaydada cərimə olunub. O, dərhal məhkəmə iclas zalından azadlığa buraxılıb.
Baxış sayı:46
Bu xəbər 22 Noyabr 2025 14:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















