Bakıda məhkəməsi keçirilən erməni ailəsi ilə danışdı
Icma.az bildirir, Unikal.az portalına istinadən.
Xəbər verdiyimiz kimi, yanvar ayının 21-də Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərə dair cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, törədilən cinayətlərdə ittiham olunan 15 nəfərdən biri - Qazaryan Erik Robertinin yanvar ayının 22-də ailəsi ilə əlaqə saxlamasına şərait yaradılıb.
Erik Qazaryanın həyat yoldaşı Alla bildirib ki, ərinin səsi yaxşı gəlirdi: "Artsaxın keçmiş xarici işlər naziri Davit Babayan və 30 yaşlı erməni Vasili Beqlaryan Eriklə eyni kameradadırlar.
Məhkəmə zamanı Eriki bir neçə kadrda gördüm. Hisslərimi necə ifadə edəcəyimi bilmirəm, amma nəhayət məhkəmənin başlanmasına çox şadam".
Ağarza Elçinoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 23 Yanvar 2025 16:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















