Icma.az
close
up
RU
Bakıda məhkəməsi keçirilən Bakonun qonşusu danışdı: “Qumarbaz, nəşəxor idi”

Bakıda məhkəməsi keçirilən Bakonun qonşusu danışdı: “Qumarbaz, nəşəxor idi”

Tribuna saytına istinadən Icma.az xəbər verir.

“Mən Bako Saakyanın bütün taleyini bilirəm. 1988-ci ildə biz Xankəndidən çıxanda o fəhlə idi. 1994-cü ildə isə nazir oldu. Oxumurdu, təhsili yox idi. Bu, onun hansı cinayətkar yollarla vəzifəyə gəlməsindən xəbər verir”.

Bunu Musavat.com-a Xankəndidən olan Kazımov Temirxan Daşdəmir oğlu deyib.

O, keçmiş separatçı rejimin Bakıda məhkəməsi keçirilən üçüncü “prezidenti” Bako Saakyanın qonşusu olub.

“Onun adı Bahadır olub, mən qoymuşam, sonradan dəyişib Bako edib. O doğulanda uşaq idim, dedilər ona ad de, dedim, Bahadır olsun. Onda qabaq bir neçə qardaşı doğulan kimi ölmüşdü. Hətta Bahadırı xəstəxanadan biz çıxarmışdıq. Anası və atası bizimlə qonşuluq edirdilər, normal adamlar idilər. Özü isə oxumayan, qumarbaz, nəşəxor idi. Məktəbi bitirəndən sonra instituta girə bilmədi. 1988-ci ildə dəri sexində fəhlə işləyirdi. O, sonradan əvvəllər prokuror olan, sonra isə Daxili İşlər Nazirliyində çalışan İsaqulova qoşuldu. Hər ikisi nəşə çəkirdi. Beləliklə, Bahadır onun vasitəsi ilə Rusiyaya getdi, əlaqələrini genişləndirdi və vəzifələrə yolu açıldı.

İndi məhkəmələrini televiziyalardan izləyirəm. Kimin ağlına gələrdi ki, ad verdiyim Bahadır cinayətkara çevriləcək və ölkəmizdə mühakimə olunacaq. Bahadırı polis tuturdu, mən çıxardırdım. Mən həmin vaxt universal mağazanın müdiri idim. Bahadırın atasıgil ilə yaxın küçələrdə qalırdıq. Bahadırı polis saxlayanda atası yanıma xahişə gəlirdi. Rəis dotum olduğu üçün ona zəng edirdim, buraxırdılar”.

Qeyd edək ki, Saakyan 1960-cı ildə Xankəndi şəhərində anadan olub. Keçmiş qondarma Dağlıq Qarabağ Respublikasının 3-cü “prezidenti” olub.

O, ilk dəfə 19 iyul 2007-ci ildə “prezident” seçilib. 19 iyul 2012-ci ildə ikinci dəfə beş il müddətində öz “vəzifəsində” qalıb.

Bako Saakyan 2017-ci ildə keçirilən qondarma seçkilərdə yenidən seçilərək, 3 il müddətində bu “vəzifəni” icra edib.

Və nəhayət 2023-cü ildə Bako Saakyan törətdiyi cinayət əməllərinə görə barəsində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilib. Hazırda digər separatçılarla birgə məhkəməsi keçirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 25 Mart 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri