Icma.az
close
up
RU
Bakıda məktəb direktoru qızının görüntülərini yaydı Hökm oxundu

Bakıda məktəb direktoru qızının görüntülərini yaydı Hökm oxundu

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda 2015-ci il təvəllüdlü qızı Günay Məmmədovanın pornoqrafik görüntülərini yayan 1968-ci il təvəllüdlü Nigar Məmmədovanın (ad-soyadlar şərtidir) məhkəmə prosesi başa çatıb.

Milli.Az "Teleqraf"a istinadən xəbər verir ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmünə əsasən, Nigar Məmmədova 5 il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, o, 2 il müddətinə təhsil və təlim-tərbiyə müəssisələrində inzibati vəzifə tutma və təlim-tərbiyə fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilib.

Sanksiyanın təhsillə bağlı hissəsi ona görədir ki, N.Məmmədova Bakıda fəaliyyət göstərən uşaq bağçalarından birinin vaxtilə direktoru olub.

Cinayət işinə gəlincə, 57 yaşlı ana 2023-cü ildə yaşadığı evdə öz istifadəsində olan mobil telefonla porno saytlarından birinə daxil olub. O, 8 yaşı olan qızının görüntülərini çəkib və uşaq pornoqrafiyasına aid videoları həmin sayta yükləyib.

Təqsirləndirilən şəxs ifadəsində bunun səhvən olduğunu, telefonda qəfil hansısa proqramın açıldığını bildirsə də, bu, məhkəmə heyəti üçün inandırıcı olmayıb.

Məhkəmədə azyaşlının atası da ifadə verib, o, buna inanmaq istəmədiyini qeyd edib. Günayın atası Nigar Məmmədovadan 2018-ci ildə rəsmi şəkildə boşandığını bildirib.

Qeyd edək ki, N.Məmmədova həm də analıq hüququndan məhrum edilib. Bununla bağlı ayrıca məhkəmə qətnaməsi var.
Milli.Az
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:27
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 02 Noyabr 2025 19:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qızı şikayət etdi, Sabirabadda direktor işdən çıxarıldı

01 Noyabr 2025 10:59see201

Üç bürcə MƏSLƏHƏT: Tələsməyin, bəxtiniz gətirəcək

01 Noyabr 2025 21:42see200

Putin İradə Zeynalovaya fövqəladə və səlahiyyətli səfir rütbəsi verib

01 Noyabr 2025 12:50see184

“Xox”dan “həqiqi hücuma”: Trampın ultimatum oyunu və Venesuela riski KONKRET

02 Noyabr 2025 16:03see171

Batumidə mənzil alanların 77 faizini əcnəbilər təşkil edir

02 Noyabr 2025 15:17see162

Gömrük Komitəsinin vəzifəli şəxsi sahibkara qarşı qanunsuzluq edir? ŞİKAYƏT

01 Noyabr 2025 13:32see150

Yeni sərmayə institutu...

01 Noyabr 2025 10:39see141

Nazir Kürdəmirdə sıra baxışı keçirdi, 163 nəfər seçildi Video

01 Noyabr 2025 13:26see139

Azərbaycanda turizm çöküb: Dövlət hər il milyonlar itirir

01 Noyabr 2025 18:12see134

12 manata “monqol əti” Azərbaycan bazarında ayaq açıb yürüyür VİDEO

01 Noyabr 2025 10:51see130

Abşeronda bədbəxt hadisə: Gənc 12 ci mərtəbədən yıxıldı

01 Noyabr 2025 22:10see129

Səmalar yenidən türklərin əlinə keçir İsrailli ekspert

01 Noyabr 2025 19:44see128

Spalettinin debüt matçında “Yuventus” “Kremoneze”yə qalib gəlib VİDEO

02 Noyabr 2025 01:53see127

Liqa 1: PSJ yeganə qolla “Nitsa”ya qalib gəlib

01 Noyabr 2025 22:29see126

G7 nin enerji nazirləri açıqlama veriblər...

01 Noyabr 2025 19:58see126

Həbs edilən icra başçısını o əvəz edirmiş FOTO

02 Noyabr 2025 15:20see124

“Vulverhempton”un qapıçısı: “Utanmalıyıq”

02 Noyabr 2025 01:10see123

Qiyamət gününün bunkeri nədir: içində nə var və nə üçün lazımdır?

02 Noyabr 2025 21:01see123

Bu ölkənin qadınları özünə baxmır

02 Noyabr 2025 05:06see123

İran Gülüstan vilayətində yeni atom elektrik stansiyasının tikintisinə başlayıb

02 Noyabr 2025 17:53see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri