Bakıda azyaşlı qızının çılpaq videosunu yayan psixoloq qadına hökm oxundu
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakıda azyaşlı qızının çılpaq videolarını yaymaqda təqsirləndirilən Gülarə Ağayevanın (ad və soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə G.Ağayeva 5 il azadlıqdan məhrum edilib.
İttihama görə, ali təhsilli olan G.Ağayeva 2003-cü ildə ailə həyatı qurub və birgə nikahdan 2015-ci ildə qızı olub. Bir müddət Bakıda 6 saylı uşaq bağçasının müdiri işləyən qadın daha sonra fərdi psixoloq kimi fəaliyyət göstərməyə başlayıb.
2018-ci ildə G.Ağayeva həyat yoldaşından ayrılıb. Məhkəmənin qərarı ilə 2015-ci il təvəllüdlü qızı onun himayəsində qalıb.
2023-cü ildə qadın yaşadığı evin hamamında 2015-ci il təvəllüdlü qızının çılpaq videolarını çəkərək, sosial şəbəkələrdə paylaşıb. Həmin video sosial şəbəkələrdə yayılandan sonra polis əməkdaşları araşdırmalara başlayıblar. Araşdırmalarla məlum olub ki, 8 yaşlı qızın videosu anası tərəfindən yayılıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qadın saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb və qadın məhkəmə qərarı ilə həbs edilib.
Samir Əli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 01 Noyabr 2025 10:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















