Bakıda məktəbə qəbul olunan uşaqların qeydiyyatı DAYANDIRILDI RƏSMİ AÇIQLAMA
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
Müsahibədən keçən şagirdlər birinci sinifə qəbul ola bilməyiblər.
Redaktor.az xəbər verir ki, “Xəzər TV"nin qaynar xəttinə müraciət edən valideynlər iddia edirlər ki, Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən 284 nömrəli tam orta məktəbdə oxumaq üçün müsahibədən uğurla keçən 21 şagirdin qəbulu sonradan dayandırılıb.
Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirildi ki, birinci siniflərə qəbul elektron sistem vasitəsilə aparılır və mayın 6-dan bu günədək təxminən 106 min uşaq üçün qəbul uğurla tamamlanıb. Sinif komplektlərinin formalaşdırılması qəbul prosesi tam başa çatdıqdan sonra həyata keçiriləcək. Müsahibədən keçən şagirdlər üçün iyunun 17-dən etibarən məktəb və müəllim seçimi mərhələsi başlayacaq.
Qəbul prosesi sentyabr ayınadək davam edəcək və bu müddət ərzində müxtəlif mərhələlər üzrə seçim və qeydiyyat aparılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 11 İyun 2026 14:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















