Icma.az
close
up
RU
Bakıda məktəbli qətl törətdi: Qolum qıza dəydi, mübahisə etdik

Bakıda məktəbli qətl törətdi: Qolum qıza dəydi, mübahisə etdik

Icma.az, News24 portalına istinadən məlumat yayır.

Bakının Sabunçu rayonunda Xəyal Nağıyevi qətlə yetirməkdə ittiham olunan Elcan Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

Təqsirləndirilən Elcan Süleymanov əməlindən peşman olduğunu deyib: "Fəhlə işləyirdim. İşdən evə gələndə kafedə pivə içdim. Sonra evə gəlib qardaşımla araq içdik. Xəyalla əvvəlləri dalaşmışdıq. Onun işlədiyi mağazaya siqaret almağa getdik. Marketdə qolum qıza dəydi, Xəyalla mübahisə etdik. Marketin qırağına keçib söhbət eləməyə başladıq. Elə bildim, məni vuracaq. Dedim ki, söyüşlə danışma, mən içkiliyəm. Ona bir bıçaq zərbəsi vurdum. Sonra evə gedib adam bıçaqladığımı dedim.

Xəyalı söyüşə görə vurdum. Özümə haqq qazandırmıram. Mən onun ayağından vurmaq istəyirdim, əyildi, bıçaq qarnından dəydi. Xəyal məndən yaşca böyükdür. Etdiyim hərəkətə görə çox peşmanam".

Zərərçəkmiş şəxsin hüquqi varisi Nahid Nağıyev deyib ki, bütün videogörüntülərdə də görünür, Elcan Xəyalı vurmaq üçün münasib vəziyyət axtarır. Onun mağazaya girib Xəyala əl-qol atmağı videolarda aydın nəzərə çarpır. Əgər Elcan peşman olsaydı, hadisə zamanı təcili yardıma zəng vura və yaxud kənardan kömək istəyərdi. Mən məhkəmədən Elcanın cəzalandırılmasını xahiş edirəm".

Növbəti məhkəmə prosesi iyunun 20-nə təyin edilib.

İttihama görə, ötən il oktyabrın 2-də səhər saatlarında Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində 2004-cü il təvəllüdlü Nağıyev Xəyal Əbülfət oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Elçin Süleymanov müəyyən olunaraq saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Elcan Süleymanov qətli törədən zaman məktəbli olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://news24.az
archiveBu xəbər 19 May 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see147

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri