Icma.az
close
up
RU
Bakıda mənzillər 30 faizdən çox bahalaşdı 2025 rekord ili oldu

Bakıda mənzillər 30 faizdən çox bahalaşdı 2025 rekord ili oldu

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“2025-ci ildə paytaxt və iri region mərkəzlərində mənzil bazarı nəzərəçarpacaq dərəcədə aktiv olub. Bu aktivlik həm qiymət artımı, həm də təklif portfelinin dəyər baxımından genişlənməsi ilə müşayiət olunub”.

Bu barədə “Sherg.az”a açıqlamasında “MBA Consulting Group” şirkətinin rəhbəri, iqtisadçı ekspert Faiq İbrahimov bildirib.

Onun sözlərinə görə, xüsusilə Bakı bazarında müşahidə olunan qiymət artımı artıq sadəcə nominal bahalaşma kimi qiymətləndirilə bilməz: “Paytaxt bazarında qiymətlərin yüksəlişi struktur dəyişiklikləri ilə paralel gedir. İl ərzində Bakıda kvadratmetr üzrə orta qiymətlər təxminən 27 faizə yaxın artım göstərib. Struktur təsiri nəzərə almadıqda belə, real artımın 13 faizə yaxın olması onu göstərir ki, bazarda tələb təsadüfi deyil, davamlı və əsaslandırılmışdır. Bunun nəticəsi olaraq mənzillərin orta satış qiymətində 30 faizdən artıq yüksəlmə qeydə alınıb. İri region şəhərlərində qiymət artımı Bakıya nisbətən xeyli aşağı, təxminən 7 faiz civarında olub. Bu fərq region bazarlarının zəifliyi ilə deyil, əksinə, daha balanslı və riskləri az olan inkişaf modeli ilə bağlıdır. Regionlarda qiymətlərin mülayim artımı həmin bazarların uzunmüddətli perspektivdə daha dayanıqlı olduğunu və kəskin dalğalanmalara meyilli olmadığını göstərir”.

İqtisadçı qeyd edib ki, 2025-ci ilin sonunda satış üçün təklif edilən mənzillərin sayı ümumilikdə stabil qalsa da, təklif portfelinin daxili strukturu əhəmiyyətli dərəcədə dəyişib: “Yeni və köhnə tikililərin sayında azalma müşahidə olunub. Lakin bu azalma bazarda təklif çatışmazlığı ilə deyil, mövcud obyektlərin daha sürətlə realizə olunması ilə bağlıdır. Yəni, tələbin təklifi üstələməsi fonunda bazar öz-özünü təmizləyir. Məhz bu amil qiymət artımının əsas hərəkətverici qüvvəsidir. Yüksək qiymət artımı birbaşa olaraq bazarda aktiv alıcı davranışının göstəricisidir. Rəsmi tələb statistikası olmasa da, qiymətlərin bu templə artması real tələbin güclü olduğunu açıq şəkildə ortaya qoyur. 2025-ci ildə ən sürətli artım ucuz və orta büdcəli mənzillər seqmentində qeydə alınıb. Köhnə tikililərdə qiymət artımı 23 faizdən çox olub, ucuz seqmentdə isə artım təxminən 24 faizə yaxınlaşıb. Bu onu göstərir ki, bazarda əsas tələbi investisiya deyil, birbaşa yaşayış məqsədli alıcılar formalaşdırır. Bahalı mənzillərdə də qiymətlər artıb, lakin artım tempi nisbətən aşağı həddə, təqribən 20-21 faiz civarında olub”.

F. İbrahimov vurğulayıb ki, bu fərqlər sosial-iqtisadi davranışlarla birbaşa əlaqədardır:

“Aşağı və orta gəlirli alıcılar daha çox ucuz seqmentə yönəlir, bu isə həmin seqmentdə qiymətləri daha sürətlə yuxarı çəkir. Bahalı seqmentdə isə bazar daha çox investisiya və kapitalın qorunması funksiyasını daşıyır. Rayonlar üzrə qiymət fərqlərinin artması da bazarın təbii inkişaf mərhələsi kimi qiymətləndirilir. Bu proses şəhərin iqtisadi və sosial zonalaşmasının nəticəsidir və qısamüddətli tendensiya deyil. Mərkəzi və nüfuzlu rayonlarla periferik ərazilər arasında qiymət fərqlərinin dərinləşməsi artıq formalaşmış bir modeldir və yaxın illərdə də bu fərqin qalacağı gözlənilir. Bazarda qiymət paylanması yuxarı istiqamətdə dəyişməkdədir. Median qiymətlərin illik 26 faizdən çox artması və ən çox rast gəlinən qiymət səviyyəsinin yüksəlməsi bazarda ümumi qiymət sıxlığının yuxarıya doğru hərəkət etdiyini göstərir. Qiymət intervalının genişlənməsi və standart yayıntının təxminən 25 faiz artması dəyişkənliyin yüksəldiyini göstərsə də, variasiya əmsalının hələ də mülayim səviyyədə qalması qiymətlərin nəzarətdən çıxmadığını nümayiş etdirir. 2025-ci ildə təklif portfelinin ümumi dəyərinin təxminən 34 faiz artaraq 400 milyon manatdan yuxarı qalxması əsasən qiymət artımı hesabına formalaşıb”.

Ekspert əlavə edib ki, portfeldə sahə baxımından artım daha məhdud olub: “Bu isə onu göstərir ki, bazarda qiymətləri hərəkətə gətirən əsas amil yeni tikililərin kütləvi şəkildə artması deyil, mövcud tələbin güclü qalmasıdır: “2025-ci il daşınmaz əmlak bazarı üçün həm imkanlar, həm də daha düşünülmüş qərarlar tələb edən bir il olub. Bazar sabit yüksəliş mərhələsindədir, lakin bu yüksəliş selektiv davranışı zəruri edir. Alıcılar daha rasional seçim etməli, investorlar isə riskləri diqqətlə hesablamalıdır. Ümumilikdə isə 2025-ci il mənzil bazarı üçün sabit və əsaslandırılmış yüksəliş ili kimi dəyərləndirilə bilər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Yanvar 2026 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see187

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see162

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see157

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see157

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see153

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri