Bakıda bu ərazilərdə kirayə mənzillər bahalaşdı
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İstər yeni tikililərdə, istərsə də köhnə mənzillərdə qiymətlər yüksəlir. Bahalaşma kirayə mənzil bazarında da müşahidə edilir.
Milli.Az xəbər verir ki, Qiymətləndiricilər Palatasının məlumatlarına görə, 2026-cı ilin üçüncü rübündə mənzil bazarında qiymət indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 faiz yüksəlib. İlkin mənzil bazarında bahalaşma 10,4 faiz, təkrar mənzil bazarında isə 8,4 faiz təşkil edib.
Kirayədə isə 2026-cı ilin sentyabr ayında icarəçilərin ödədiyi kirayə haqları illik müqayisədə 5,7 faiz, aylıq müqayisədə isə 1,9 faiz artıb.
Əmlak eksperti Elnur Fərzəliyev deyir ki, qiymət artımları daha çox çıxarışlı, ümumi sahəsi az olan və ipoteka predmetinə çevrilən əmlaklarda müşahidə olunur.
Xüsusilə Nəsimi, Nərimanov, Yasamal və Xətai rayonlarında yerləşən mənzillər bazarda aktiv təklif olunan əmlaklar sırasındadır. Digər tərəfdən, mərkəzdən kənar ərazilərdə də yeni tikililərə və daha münasib qiymətli mənzillərə maraq qalmaqdadır.
Kirayə mənzillərin qiymətinə gəldikdə isə paytaxtın mərkəzi ərazilərində bahalaşma daha çox hiss olunur.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
Baxış sayı:40
Bu xəbər 16 Noyabr 2026 12:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















