Icma.az
close
up
RU
Bakıda Mərakeşin Milli bayramı qeyd olunub

Bakıda Mərakeşin Milli bayramı qeyd olunub

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda Mərakeşin Milli bayramı – Kral Əlahəzrət VI Məhəmmədin taxta çıxmasının 26-cı ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib.

525.az xəbər verir ki, tədbirdə çıxış edən Mərakeşin Azərbaycandakı səfiri Adil Embarş deyib ki, Taxt Günü mərakeşlilər üçün dərin milli məna daşıyır. On iki əsrlik zəngin bir ənənəyə söykənən bu gün, Kral ilə xalq arasındakı dərin bağlılığın rəmzi olan 'Al Bei’a' mərasimi ilə xüsusi olaraq qeyd olunur.

Səfir söyləyib ki, son bir il ərzində Mərakeş Əlahəzrət Kralın uzaqgörən siyasəti çərçivəsində islahatları davam etdirib və əsas infrastruktur layihələrini inkişafına nail olub.

Nəqliyyat sahəsində 10,7 milyard dollarlıq plan çərçivəsində yüksək sürətli dəmiryolu və şəhər nəqliyyatı əsas şəhərlərdə genişləndirilir. Eyni zamanda, turizm sektorundakı canlanma və artan beynəlxalq tələbatı qarşılamaq məqsədilə hava limanı infrastrukturu da müasirləşdirilir. Bu tədbirlərin nəticəsi olaraq, 2025-ci ilin ilk yarısında ölkəyə gələn turistlərin sayı 19% artıb.

Diplomat əlavə edib ki, Mərakeş avtomobil istehsalında Afrikanın lideri kimi mövqeyini daha da gücləndirir – 2025-ci ildə istehsal gücü 1 milyon avtomobilə çatıb. Bu, eyni zamanda keyfiyyət sahəsində də liderliyi nümayiş etdirir – hər il 120,000 hibrid avtomobil istehsal olunur və 2025-ci ilin sonunadək elektrik avtomobillərinin illik istehsal həcminin 107,000-ə çatdırılması nəzərdə tutulur. 1,3 milyard dollarlıq sərmayə ilə qitənin ilk avtomobil batareyası gigafabrikası istifadəyə verilib.

Enerji sahəsində Mərakeşin regional yaşıl hidrogen mərkəzinə çevrilməsi məqsədilə Yaşıl Hidrogen Təşəbbüsü çərçivəsində dəyəri 32,5 milyard dollar olan yeddi layihə artıq təsdiqlənib.

A.Embarş söyləyib ki, Mərakeşin coğrafiyası və 3,500 km-lik sahil xətti onun dənizçilik ambisiyalarını formalaşdırmağa davam edir. Tanger Med – Afrikanın ən böyük limanı – 2024-cü ildə 8 milyon konteyner qəbul edərək Qlobal Performans İndeksində Avropa və Afrikada 1-ci, dünya üzrə isə 4-cü yeri tutub. Kasablanka hazırda Afrikada inşa edilən ən böyük gəmiqayırma zavoduna ev sahibliyi edir, Daxla Atlantik Limanı isə Mərakeşin cənubunu Qərbi Afrikaya açılan strateji bir qapıya çevirərək yeni Şimal-Cənub dəhlizlərinin əsas dayaq nöqtəsinə çevrilməyə hazırlaşır.

Onun sözlərinə görə, qitə səviyyəsində, Kral tərəfindən başladılmış Atlantik Təşəbbüsü Sahel ölkələrinə Mərakeş limanları vasitəsilə suveren şəkildə Atlantik okeanına çıxış imkanı verməyi nəzərdə tutur. Bu təşəbbüs uzunmüddətli  əlaqələrin inkişafı, inteqrasiya və Cənub-Cənub əməkdaşlığını əks etdirir: “Başqa bir mühüm layihə 6 min  km uzunluğundakı Nigeriya–Mərakeş Qaz kəməridir, hansı ki, 13 Qərbi Afrika ölkəsini birləşdirəcəkdir. Nadordan Daxlaya qədər olan ilk seqment 6 milyard dollarlıq investisiya ilə tezliklə başladılacaqdır.

2025-ci ilin dekabrında Mərakeş Afrika Millətlər Kubokuna ev sahibliyi edəcək və 2030-cu ildə isə İspaniya və Portuqaliya ilə birlikdə FIFA Dünya Kubokunu təşkil edəcək. Bunlar sadəcə idman tədbirləri deyil, həm də infrastruktur və milli səfərbərlik üçün mühüm katalizatordur”.

Səfir söyləyib ki, Sahara məsələsində, Mərakeş bu il görünməmiş böyük dəstək alıb. Son zamanlar bir neçə nüfuzlu ölkə Mərakeşin mövqeyini açıq şəkildə dəstəkləyən digər dövlətlərə qoşulub. Bu dinamika regionun inkişafına mane olan köhnəlmiş münaqişədən artan bezginliyi əks etdirir: “Bu fürsətdən istifadə edərək, Mərakeşin suverenliyi və ərazi bütövlüyünə verdiyi davamlı və prinsipial dəstəyə görə Azərbaycan Respublikasına səmimi minnətdarlığımızı bildirmək istərdim”.

Diplomat söyləyib ki, bu il Mərakeş–Azərbaycan münasibətlərində dinamik bir mərhələ olub. Ən diqqətçəkən hadisə 2025-ci ilin may ayında Əlahəzrət Şahzadə Lalla Hasnaanın Bakıya səfəri idi. Bu səfər xüsusən mədəniyyət və irsin qorunması sahələrində ikitərəfli əməkdaşlığa yeni təkan verib. Bundan əvvəl isə Leyla Əliyeva 2024-cü ilin oktyabrında Mərakeşə uğurlu işgüzar səfər edib. Əlavə olaraq, hökumət başçısı Aziz Akhannouch 100 nəfərlik nümayəndə heyəti, o cümlədən enerji keçidi naziri ilə birlikdə Əlahəzrət Kralı COP29-da təmsil edib. Mərakeşin güclü iştirakı, iqlim fəaliyyətinə olan öhdəliyini əks etdirən dinamik milli pavilyon ilə müşayiət olunub. 2024-cü ilin oktyabrında Marakeşdə imzalanmış ikitərəfli hərbi razılaşma ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq da irəliləyib.

Azərbaycanın mədəniyyət naziri  Adil Kərimli Hökumət adından qardaş Mərakeş xalqını təbrik edib. Bildirib ki, dostluq və qarşılıqlı etimad prinsipləri üzərində qurulmuş Azərbaycan-Mərakeş münasibətlərinin inkişafının təməli 1994-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Mərakeşə tarixi səfəri zamanı Kral Əlahəzrət II Həsən ilə keçirdiyi görüşdə qoyulub. Bu dostluq bağları Azərbaycan Prezidenti cənab İlham Əliyev və Kral Əlahəzrət VI Məhəmməd tərəfindən uğurla davam etdirilərək yeni mərhələyə yüksəlib və dövlət başçılarının diqqəti sayəsində çoxşaxəli əməkdaşlıq formatında davam etməkdədir.

Nazir deyib ki, ötən dövr ərzində qarşılıqlı yüksək səviyyəli səfərlərin təşkili və Azərbaycanda keçirilən mötəbər beynəlxalq tədbirlərdə mərakeşli dövlət və hökumət nümayəndələrinin iştirakı təmasların genişləndirilməsində xüsusi rol oynayıb: “Əməkdaşlığımız çərçivəsində qarşılıqlı olaraq hökumət nümayəndələrinin səfərləri və 2007-ci ildə təsis edilmiş Birgə Komissiya əlaqələrin inkişafında xüsusi rol oynayır. Bu gün ölkələrimiz arasında siyasi dialoqla yanaşı, iqtisadi, mədəni və humanitar sahələrdə də məhsuldar əməkdaşlıq həyata keçirilir.

2024-cü ilin may ayında “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında ümumvətəndaş pasportlarının sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in imzalanması xalqlarımız arasında təmasların, xüsusilə mədəniyyət, turizm və biznes sahəsində əlaqələrin genişlənməsinə güclü təkan verib. Ökələrimiz arasında ticarət dövriyyəsində 40 faiz, Mərakeşdən Azərbaycana gələn turistlərin sayında isə 100 faiz artım müşahidə edilib.

Humanitar sahədə əməkdaşlığa gəldikdə, qarşılıqlı olaraq, mədəniyyətimizin tanıdılması və ortaq mədəni irsimizin beynəlxalq səviyyədə birgə təbliği əsas prioritet olaraq qalmaqdadır. İkitərəfli əməkdaşlıqla yanaşı, ölkələrimiz arasında beynəlxalq təşkilatlar, xüsusilə də mənzil qərargahı Rabatda yerləşən İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində uğurlu əməkdaşlığı məmnunluqla qeyd edirik”.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://525.az
archiveBu xəbər 30 İyul 2025 22:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see472

Məşhur bloger qızı ilə qəzaya düşdü FOTO

06 İyul 2026 14:44see382

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb FOTO

06 İyul 2026 06:31see338

“Tanrım, tanrım, günahlarımın cəzasını çəkirəm!” Artur Konan Doyl

06 İyul 2026 14:32see288

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see253

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see243

Şuşada Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar adlı beynəlxalq konfrans keçirilir

06 İyul 2026 10:04see211

Ülfət çimərlik geyimində fotolarını paylaşdı

07 İyul 2026 02:03see196

Bakıda məhbus həbsxanadan qaçdı Əməliyyat keçirilir

07 İyul 2026 16:59see196

Legioneri “Səbail”dən ayrıldı

07 İyul 2026 02:03see187

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır

06 İyul 2026 17:54see185

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

07 İyul 2026 02:40see180

Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq

07 İyul 2026 03:33see176

Cozef Aun ABŞ ni İsrailin Livandan çıxmasını sürətləndirməyə çağırdı

07 İyul 2026 00:43see176

Gecələr yata bilmirəm, nə etməliyəm?

06 İyul 2026 23:33see173

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see173

Müəllim də repetitor yanına hazırlığa gedir VİDEO

07 İyul 2026 09:15see166

RF nin Ukraynadakı Azərbaycan mülkiyyətinə hücumları Moskva körpüləri yandırır

07 İyul 2026 18:16see159

“Bəzi sahələrdə diplom və sertifikata ehtiyac qalmayacaq” ​Ekspert

06 İyul 2026 22:05see154

Tut yeməyin faydaları

07 İyul 2026 04:21see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri