Icma.az
close
up
RU
525ci qəzet Bakıda BƏƏnin milli bayramı qeyd olunub

525ci qəzet Bakıda BƏƏnin milli bayramı qeyd olunub

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli bayramı - müstəqilliyin 53-cü ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib.

525.az xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Dövlət himnləri səsləndirilib.

Daha sonra çıxış edən BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi ölkəsunin keçdiyi tarixi yoldab danışıb

Səfir deyib ki, BƏƏ beynəlxalq əməkdaşlığın vacibliyinə inanır və həmişə hamıya fayda verən strateji tərəfdaşlıqlar qurmağa çalışır:  "Bu gün biz qardaş və dost ölkələrlə ikitərəfli münasibətləri gücləndirmək, sülh, sabitlik və davamlı inkişafa nail olmaq üçün beynəlxalq səyləri dəstəkləmək öhdəliyimizi təzələyirik.

BƏƏ inanır ki, regional təhlükəsizliyin gələcəyi güclü çoxtərəfli tərəfdaşlıqdan və sülhpərvər siyasi və iqtisadi vasitələrlə sabitliyə və firavanlığa nail olmaq üçün ortaq öhdəlikdən asılıdır. Birgəyaşayış BƏƏ cəmiyyətinin təməl sütunudur. Ölkə 200-dən çox milləti harmoniya içində əhatə edib. Müxtəlif mədəniyyətlər təhlükəsiz və firavan bir mühitdə birlikdə yaşayırlar".

Diplomat, həmçinin Azərbaycan hökumətinə COP29 tədbirinə uğurla ev sahibliyi etməsi münasibətilə səmimi təbriklərini çatdırıb. Bildirib ki, bu tədbirdə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyan, eləcə də BƏƏ-dən 22 nümayəndə heyəti iştirak edib.

O, bu tarixi gündə BƏƏ ilə Azərbaycan arasında əməkdaşlıq və qarşılıqlı hörmət əsasında qurulmuş yüksəksəviyyəli ikitərəfli münasibətləri təqdir edib: "Hər iki dövlət liderlərinin qarşılıqlı səfərləri, davamlı artan ticari, iqtisadi və mədəni mübadilənin səviyyəsi, həmçinin BƏƏ və Azərbaycandan turist və ziyarətçilərin sayının artması, ikitərəfli əlaqələrin müxtəlif sahələrdə güclənməsinə dəlalət edir. Cari ilin 7 ayı ərzində BƏƏ-dən Azərbaycana gələnlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz artıb. 2023-cü ildə iki ölkə arasında qeyri-neft idxal, ixrac və təkrar ixrac da daxil olmaqla ikitərəfli ticarətin ümumi həcmi 1 milyard 641 milyon ABŞ dolları, bu ilin 10 ayı ərzində isə ikitərəfli ticarətin həcmi 80 milyon dolları ötüb".

Daha sonra çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov BƏƏ dövlətini və xalqını Azərbaycan hökuməti adından təbrik edib. Nazir bildirib ki, dini və mədəni köklərlə bir-birinə bağlı olan ölkələrimiz arasında münasibətlər dövlət başçılarımızın siyasi iradəsi və səmimi dostluğu sayəsində yüksələn xətt üzrə inkişaf edir, tərəfdaşlığımızın əhatə dairəsi genişlənir.

"Diqqətinizə çatdırmaq istərdim ki, iki ölkə arasında "Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi" üzrə fəal danışıqlar aparılır. Bu sənədin imzalanması iqtisadi və ticarət əlaqələrimizin inkişafına əhəmiyyətli töhfə verəcək, xüsusilə ticarətin liberallaşdırılması, sərmayə axınlarının intensivləşməsi, həmçinin mal və xidmətlər üçün bazara çıxış imkanlarının artırılması yolu ilə əməkdaşlığı daha da dərinləşdirəcək", - M.Cabbarov vurğulayıb.

Nazir əlavə edib ki, dost ölkə və etibarlı tərəfdaşımız olan Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrimizin dərinləşməsinə xüsusi əhəmiyyət veririk, məqsədimiz birgə fəaliyyətimizi daha da şaxələndirməkdir. İqtisadi əməkdaşlığımızı, xüsusən qarşılıqlı hədəflərimizə mühüm töhfə verə biləcək davamlı inkişaf və enerji təhlükəsizliyi sahələrində işbirliyini daha da genişləndirmək üçün böyük potensial mövcuddur.

2023-cü ildə Dubayda keçirilən COP28-dən sonra, bu il COP29-u Azərbaycanda keçirməyimiz, qlobal ətraf mühit təşəbbüslərinin önündə olmaq üçün göstərdiyimiz səyləri bir daha nümayiş etdirir.

"Tarixi torpaqlarımızın işğaldan azad edilməsi regional əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar açıb. Azərbaycan hökuməti bu əraziləri bərpa edərək, regionu sülh və əməkdaşlıq mərkəzinə çevirməyi hədəfləyir. Ətraf mühitin qorunması bərpa və yenidənqurma işlərində əsas prioritet olaraq qalır", - nazir deyib.

Tədbir musiqu proqramı və ziyafətlə davam edib.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:270
embedMənbə:https://525.az
archiveBu xəbər 02 Dekabr 2024 23:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see502

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see299

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see289

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see280

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see264

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see264

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see259

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see246

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see242

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see235

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see230

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see230

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see230

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see227

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see226

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see223

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see215

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see214

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri