Bakıda mikromobillik şəbəkəsinin uzunluğu 50 kilometrə çatdırıldı
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı şəhərində son 2 il ərzində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi məqsədilə bir sıra layihələr həyata keçirilib.
Bakıvaxtı.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, təkcə 2025-ci il ərzində 15 küçə və prospektdə, həmçinin 2 ərazidə 15 kilometr mikromobillik zolağı çəkilib. Bununla da şəbəkənin ümumi uzunluğu 50 kilometrə çatdırılıb.
Kəsintisiz mikromobillik zolağının təşkili üçün mərhələli qaydada velosiped yolları əlaqələndirilir. Şəbəkənin davamlılığına nail olmaq və mikromobillik vasitələrindən istifadə edən hərəkət iştirakçılarının təhlükəsizliyini və rahatlığını təmin etmək məqsədilə ötən il mikromobillik zolaqları paytaxtın Hüseyn Cavid, Xətai və İnşaatçılar prospektləri, Bəxtiyar Vahabzadə, Mirzağa Əliyev, Abdulla Şaiq, Məmməd Rahim, Mikayıl Müşfiq, Nəcəfqulu Rəfiyev, İzzət Orucova, Əbdürrəhim bəy Haqverdiyev və Xaqani küçələri, Neftçilər prospektinin kənar yolu (Ağ Şəhər ərazisi), həmçinin Bulvar və Mərkəzi Park ərazilərində yaradılıb. Son olaraq işlər Şıxəli Qurbanov və Cəfər Cabbarlı küçələrində həyata keçirilib.
Görülən işlər nəticəsində müvafiq nişanlanma işləri aparılıb, təhlükəsizlik məqsədilə yol nişanları quraşdırılıb, əlçatanlığın təmin edilməsi üçün panduslar inşa olunub. Avtomobillərlə yarana biləcək münaqişəli nöqtələrin aradan qaldırılması üçün təhlükəsizlik sədləri təşkil edilib. Şəhərdə mövcud olan işıqfor dirəklərində velosiped bölmələri quraşdırılıb. Qeyd olunan istiqamətlərdə işlər davam etdirilir.
Həmçinin paytaxtda skuterlər üçün 700, velosipedlər üçün isə 564 parklanma məntəqəsi təşkil edilib.
Əhali arasında velosipeddən və skuterlərdən istifadəyə artan marağı, eləcə də bu nəqliyyat növünün geniş istifadəsinin mikromobillik, nəqliyyat sıxlığının azaldılması, ətraf mühitin qorunması, fiziki fəallığın artırılması və sağlam həyat tərzi baxımından əhəmiyyətini nəzərə alaraq, sakinlər üçün şəhər konsepsiyası çərçivəsində mikromobillik zolaqları şəbəkəsinin genişləndirilməsi davam etdiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 09 Yanvar 2026 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















