Bakıda mühüm görüş: Əvvəl Pezeşkian, sonra Nəsirzadəyə çatdırıldı
GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Prezident İlham Əliyev əvvəlcə İran Prezidenti Məsud Pezeşkian ilə telefonla danışıb. Əlaqə zamanı həm ikitərəfli münasibətlər, həm də İran ətrafında baş verənlər geniş şəkildə müzakirə edilib”.
Bu sözləri Globalinfo.az-a politoloq Zaur Məmmədov Prezident İlham Əliyevin fevralın 6-da İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul etməsinə münasibət bildirərkən deyib.
Politoloq qeyd edib ki, bu səfər xüsusi əhəmiyyət daşıyır:
“İran hazırda Omanda ABŞ-la bağlı qapılar arxasında müzakirələr aparır. İran ətrafında hərbi vəziyyət qalmaqdadır. Məhz belə bir zamanda Əziz Nəsirzadə Bakıya səfər edib. Bu isə ondan xəbər verir ki, hazırda ciddi proseslər gedir.
Zaur Məmmədov
Görüş zamanı bir daha İran tərəfinə ölkəmizin mövqeyi çatdırılıb. Ümumiyyətlə, Qərbin müxtəlif ölkələri Bakıya vədlər versə də, Azərbaycan heç vaxt İrana qarşı plasdarm rolunu oynamayıb. Proses bu gün də davam edir. Azərbaycan İrana qarşı heç bir koalisiyada yer almayıb və bundan sonra da almayacaq. Bakı üçün prioritet mehriban qonşuluq, sabitlik və əməkdaşlıqdır”.
Turan Rzayev
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 07 Fevral 2026 20:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















