Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı
Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
Bakı Şəhər İcra Hakimiyyəti paytaxtın 2026-2027-ci illərin payız-qış mövsümünə hazırlığı çərçivəsində yolların qardan və buzdan təmizlənməsi üçün texniki duz tədarük etməyi planlaşdırır.
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi bu məqsədlə 5 min ton emal edilməmiş xam duzun satın alınması ilə bağlı müsabiqə elan edib.
Satınalma üzrə ehtimal olunan qiymət 1 milyon 545 min manat təşkil edir.
İdarədən bildirilib ki, texniki duzun alınmasında əsas məqsəd qar yağacağı təqdirdə paytaxt yollarında təmizlik işlərini vaxtında həyata keçirmək və nəqliyyatın təhlükəsiz hərəkətini təmin etməkdir.
Qurumdan qeyd edilib ki, duz tədarükü zamanı Bakının landşaft xüsusiyyətləri və təxminən 140 kilometrlik ərazini əhatə edən yol şəbəkəsi nəzərə alınır.
Bildirilib ki, paytaxtda çoxsaylı yoxuş və enişlərin mövcudluğu qarlı havalarda yollara xüsusi diqqət yetirilməsini zəruri edir. Texniki duzdan əlverişsiz hava şəraitində yolların qar və buzdan təmizlənməsi məqsədilə istifadə olunacaq.
İdarənin məlumatına görə, satınalma 2026-2027-ci illərin payız-qış mövsümünü əhatə edir. /Oxu.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 21 Oktyabr 2026 18:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















