Icma.az
close
up
RU
Dünyaca məşhur şeflər Bakıda Hazırlıqlar başladı +Video

Dünyaca məşhur şeflər Bakıda Hazırlıqlar başladı +Video

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Oktyabrın 4-ü və 5-də Şamaxının Meysəri kəndində Azərbaycanda ilk dəfə olaraq keçiriləcək Beynəlxalq Barbekü Festivalının iştirakçıları artıq ölkəmizə gəlir.

“Qafqazinfo” xəbər verir ki, festivalda müxtəlif ölkələrdən nümayəndələr iştirak edəcək.

Bunların sırasında Dünya Barbekü Assosiasiyasının (WBQA) prezidenti Villem Vink (Willem Vink), Dünya Barbekü Assosiasiyasının baş hakimi Kristofer Sandford (Chirstopher Sandford), Dünya Aşpazlar Assosiasiyasının (WACS) keçmiş prezidenti, Səudiyyə Ərəbistanı kralının şəxsi aşpazı Tomas Quqler (Thomas Gugler), eləcə də dünyanın müxtəlif ölkələrindən tanınmış şef-aşpazlar bir çox ölkələrin kulinariya assosiasiyalarının prezidentləri, “Michelin” mükafatına layiq görülmüş ustalar, kulinariya hakimləri var.

Hazırda festivala son hazırlıqlar gedir. Belə ki, ölkəmizdə qonaq olan dünyaca məşhur şef-aşpazlar bu gün festival ərəfəsində Bakının tanınmış restoranlarından birində müxtəlif yeməklərin hazırlanmasında iştirak ediblər. Onlar həmçinin Azərbaycan mətbəxinin sevilən təamlarından olan düşbərəni bükərək bişirmə prosesini yaxından izləyiblər. Təam hazır olduqdan sonra şeflər düşbərəni dadaraq onun özünəməxsus ləzzətini yüksək qiymətləndiriblər.

Beynəlxalq kulinariya hakimi Sahib-David İsrafilov deyir ki, Azərbaycan mətbəxi qonaq aşpazlar tərəfindən çox bəyənilib:

“Azərbaycanda Beynəlxalq Barbekü Festivalı ilk dəfə keçiririk. Bu festivalda iştirak edən aşpazlar öz mətbəxlərinin yeməklərini göstərəcəklər. Eyni zamanda bizim mətbəxin yeməklərini də görəcəklər. Biz bunu tərifləmirik, amma şeflər deyirlər ki, Azərbaycan mətbəxi dünyada ən gözəl 5 mətbəxdən biridir”. 

Dünya Barbekü Assosiasiyasının (WBQA) prezidenti Villem Vink də onun sözlərini təsdiqləyib. O bildirir ki, bu festival təkcə yeməklərlə deyil, eyni zamanda fərqli şoularla da yadda qalacaq:

“Bu tədbirdə çoxlu sayda müxtəlif mədəniyyəti, öz adətlərinə uyğun yemək hazırlayan şəxsləri görməyə ümid edirəm. Burada yeni dostlar, yeni dadlarla da qarşılaşacağımı düşünürəm”.

Dünya Aşpazlar Assosiasiyasının (WACS) kontinental direktoru Domeniko Maggi deyir ki, bu Azərbaycana ilk səfəri deyil:

“İlk olaraq Bakıda olmaqdan çox şadam. Burada dəfələrlə olmuşam və Bakını, Azərbaycanı sevirəm. Çünki siz mükəmməl mədəniyyətə sahibsiniz. Bu tədbirin təşkilatçılarına təşəkkür etmək istəyirəm və düşünürəm ki, bütün şeflərin Azərbaycana gələrək bu ölkənin mədəniyyətini görməsi vacibdir. Bununla yanaşı, biz də burada öz mədəniyyətimizi nümayiş etdiririk. Buna görə də, bunun bütün dünyadan mədəniyyətlərin bir araya gəldiyi çox gözəl tədbir olacağını hesab edirəm. Biz burada sahib olduğumuz təcrübəni və adətlərimizi bölüşəcəyik. Bilirsiniz ki, qida çox önəmlidir, qida insanları birləşdirir və bu, dünyanın müxtəlif yerlərindən şeflərin bir araya gəlməsi, görüşməsi üçün çox yaxşı səbəbdir”.

Serbiyanın Aşpazlar Assosiasiyasının prezidenti, kulinariya hakimi Corc Kostiç isə Azərbaycanda ilk dəfə keçirilən bu festivalın tarixi hadisə olacağını düşünür:

“Hesab edirəm ki, Azərbaycan Avropanın qastronomik mərkəzi və turistlər arasında qastronomik səfər istiqaməti olmalıdır. Sizi bu tədbirdə çox yaxşı əhval-ruhiyyə gözləyir, çox möhtəşəm olacaq. Çünki burada 30-dan çox ölkənin nümayəndəsi iştirak edəcək. Hər birinizi festivalda gözləyirəm. Azərbaycan belə bir tədbirə layiqdir”.

Azərbaycanlı şef-aşpaz Anar Qubatov festivala olduqca böyük həyəcan və sevinclə hazırlaşdıqlarını bildirir:

“Əlavə olaraq dünyadan 35 ölkənin aşpazları gələcək. Müxtəlif mədəniyyətlər, mətbəxlər nümayiş olunacaq. Olduqca maraqlı olacaq. Hər birinizi festivalda gözləyirik”.

Möhtəşəm barbekü nümayişlərinin təqdim olunacağı bu beynəlxalq tədbirin əsas məqsədi mədəni mübadiləni gücləndirmək, eləcə də Azərbaycanın qonaqpərvərliyini, mətbəxini və mədəni dəyərlərini dünyaya tanıtmaqdır.

Xüsusi ayrılmış zonalarda Azərbaycanı, həmçinin dünyanın müxtəlif ölkələrini təmsil edən peşəkar şeflər müxtəlif ləzzətləri və bişirmə üsullarını nümayiş etdirəcək, kulinariya məharətlərini bölüşəcəklər.

Tədbirin ən parlaq hissələrindən biri isə jurnalist və bloqerlər arasında keçiriləcək yarış olacaq. Yarışın sonunda dad, bişirmə dərəcəsi və təqdimat formasında fərqlənən komandalar sertifikatlar, medallar və tərəfdaşlar tərəfindən təqdim edilən əsas kubok uğrunda mübarizə aparacaqlar.

Şamaxı Rayon İcra Hakimiyyəti, Nəsimi Bağları Kompleksi, “Abqora” restoranı və beynəlxalq kulinariya hakimi Sahib-David İsrafilovun (Don David) dəstəyi ilə təşkil olunacaq festvalda iştirak etmək istəyənlər iTicket.az saytı vasitəsi ilə qeydiyyatdan keçə bilər.

Lamiyə Məmmədova

Video: Pərvin Zeynal

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 02 Oktyabr 2025 18:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see412

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see292

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see292

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see286

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see220

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see212

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see204

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see198

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see197

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see195

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see187

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see186

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see186

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see178

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see166

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see163

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see161

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see158

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see157

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri