Icma.az
close
up
RU
Bakıda minlərlə insan çıxılmaz durumda 30 il əvvəl başlayıb

Bakıda minlərlə insan çıxılmaz durumda 30 il əvvəl başlayıb

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Bakıda avtomobillərin sayı artsa da, parkinq yerləri ilə bağlı eyni şeyi demək mümkün deyi. Şəhərdə dayanacaq tapmaq artıq bir növ lüksə çevrilib. Sürücülər qiymətlərin getdikcə daha da bahalaşdığını, qarajların isə dolu olduğunu bildirirlər. Eyni zamanda binaların qarşısında maşın saxlayanlar cərimə riski ilə üz-üzə qalırlar.

Problem necə həll oluna bilər?

Globalinfo.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli deyib ki, Bakıda 1990-cı illərdən bu günə qədər aparılan genişmiqyaslı tikinti işləri, xüsusilə hündürmərtəbəli binaların çoxalması və ərazilərin sıx şəkildə zəbt olunması bu sahədə ciddi problemlər yaradıb:

“Şəhərin istənilən hissəsində yaşayış binalarının sıx tikilməsi avtomobil parkı çatışmazlığını daha da dərinləşdirib. Əvvəllər bir ərazi cəmi 10 mənzili əhatə edirdisə, indi həmin sahəni sahibkarlar alıb, yerində 16 mərtəbəli, dörd bloklu binalar tikiblər. Bu isə təxminən 300 mənzil deməkdir. Nəticədə, əvvəl 15-20 ailənin yaşadığı ərazidə indi 300 ailə məskunlaşıb və demək olar ki, hər birinin avtomobili var. Ona görə də Bakı həddindən artıq yüklənib. Bəzi hallarda ailədə iki və ya daha çox avtomobil olur. Əvvəllər isə eyni ailələrin ümumiyyətlə maşını yox idi. Bu vəziyyət həm nəqliyyata olan tələbatın artması, həm də bəzən status və görüntü amilinə çevrilməsi ilə bağlıdır. Yaranan sıxlıq artıq çıxılmaz vəziyyət yaradıb.

İlqar Hüseynli

Ekspert bildirib ki, problemin yaxın zamanda həllini tapması mümkünsüzdür:

“Əgər vaxtında regionlarda iş yerləri açılsaydı, iri şirkətlərin şəhərdən kənarda fəaliyyətinə şərait yaradılsaydı və parkinq binalarının tikintisinə icazə verilmiş olsaydı, hazırda vəziyyət belə ağır olmazdı. Avropa ölkələrinin şəhərlərində hər prospektdə yaşayış binaları ilə yanaşı, çoxmərtəbəli parkinqlər də tikilir. Nəticədə şəhərin mərkəzinə daxil olanda az sayda avtomobil hərəkətdə olur. Bakıda da bəzi yerlərdə – Xarici İşlər Nazirliyinin arxa tərəfində və Sabir bağının yaxınlığında belə parkinq binaları mövcuddur. Lakin bunlar yetərli deyil. Gələcəkdə yenidən qurulan ərazilərdə bu cür yerlərin tikintisi nəzərdə tutulsa da, bu, ümumi problemin tam həllinə kömək etməyəcək”.

Qeyd edək ki, ölkə üzrə avtomobillərin 45 faizi Bakı və Abşeron qeydiyyatındadır. Bu isə 780 min avtomobil deməkdir.

Ləman İmran
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 Oktyabr 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see350

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see340

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see331

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see322

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see317

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see311

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see303

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see292

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see285

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see281

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see254

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see238

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see234

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see225

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see222

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see217

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see193

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see190

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri