Icma.az
close
up
RU
Bakıda Moskva Ticarət Mərkəzi əmək hüquqlarını pozdu, yüksək məbləğdə cərimələndi

Bakıda Moskva Ticarət Mərkəzi əmək hüquqlarını pozdu, yüksək məbləğdə cərimələndi

Nəsimi Rayon Məhkəməsində "Moskva Ticarət Mərkəzi" QSC-yə yazılan inzibati protokola baxılıb.

Pravda.az-ın xəbərinə görə, hakim Anar İbadzadənin sədrliyi ilə keçirilən iclasda qərar açıqlanıb, QSC cərimələnib.

Xatırlatma: Protokol Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

Xəyal Quliyev

seeBaxış sayı:95
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri