Bakıda müəssisədə qadın ölüb
Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq.
Bakının Binəqədi rayonu, Binəqədi qəsəbəsində müəssisələrdən birində tikişçi işləyən Güllü Qədiməliyeva sentyabrın 17-də döşəmənin sınması səbəbindən vəfat edib.
Metbuat.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, sözügedən şəxs binanın ikinci mərtəbəsində istifadə olunmayan boş otaqların birinə daxil olarkən döşəmə sınıb. Nəticədə binanın birinci mərtəbəsinə beton səthə yıxılaraq ölüb.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Bakıda qadın dəm qazından boğularaq ölüb
12 Dekabr 2024 10:06

