Icma.az
close
up
RU
Bakıda mühakimə olunan ermənilər cinayət əməllərini etiraf etdilər MƏHKƏMƏ

Bakıda mühakimə olunan ermənilər cinayət əməllərini etiraf etdilər MƏHKƏMƏ

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası sentyabrın 1-də davam etdirilib.

Teleqraf xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Hakim məhkəmə iclasında əvvəlcə təqsirləndirilən şəxs Qarik Martirosyana dövlət hesabına yeni müdafiəçi təyin olunduğunu bildirib.

Q.Martirosyan yeni müdafiəçinin təyinatına etiraz etməyib.

Məhkəmə iclası təqsirləndirilən şəxs Davit İşxanyanın cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadələrin və ona aid elan olunan digər sənədlərin səsləndirilməsi ilə davam etdirilib.

Təqsirləndirilən şəxs Davit İşxanyan ibtidai istintaqa ifadəsində bildirib ki, “batalyon komandiri” olduğu dövrdə vəzifəsi Xocavənd rayonunun 8 kəndinin ərazilərindəki “kəndləri qorumaq”dan və döyüş əməliyyatlarında iştirak etməkdən ibarət olub, sonrakı dövrdə isə bir “vəzifəli şəxs” kimi “vəzifələri” çərçivəsində “idarəçilikdə” iştirak edib.

O, 1992-ci il sentyabrın 10-dan xidmətə çağırılaraq qondarma rejim uğrunda mübarizə dəstəsinin tərkibindəki silahlı qüvvələrin sıralarında Azərbaycan Ordusuna qarşı döyüşüb.

Ümumilikdə rəhbərlik etdiyi batalyon Xocavənd, Ağdərə, Kəlbəcər və Ağdam rayonlarının işğalında iştirak edib. İbtidai istintaqa ifadəsində bildirib ki, döyüşlər zamanı istifadə edilmiş bütün silah-sursat Ermənistan Respublikasının ərazisindən Xankəndi şəhərinə gətirilib və oradan korpuslara paylanılıb.

Məhkəmə iclasında təqdim edilən materiallarla sübuta yetirilib ki, Davit İşxanyan cinayətkar birlikdə fəaliyyətinin olmadığını qeyd etsə də, ali təhsil aldığı müddətdə tələbələr birliyinə qoşularaq “Miatsum” və “Krunk” təşkilatlarının mitinqlərinə qatılıb, hətta 1992-ci ilədək Xankəndi şəhərində və Xocavənd rayonunda yaradılmış postlarda silahlı şəkildə xidmət aparıb. Cinayətkar, həmçinin Azərbaycan Respublikasına qarşı müharibədə iştirak edib.

Sonra məhkəmə iclasında təqsirləndirilən şəxs Levon Mnatsakanyanın cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadələr və ona aid elan olunan digər sənədlər oxunub.

O, ibtidai istintaqa ifadəsində bildirib ki, 1992-ci ilin sentyabrında qondarma rejimin “ordusu”nda tabor komandirinin müavini vəzifəsində hərbi xidmətə başlayıb və müxtəlif vəzifələrə təyin olunub. 2007-ci ilin may ayından 2012-ci ilin noyabrınadək qondarma rejimin “müdafiə ordusu”nun qərargah rəisi, 2012-ci ilin noyabr ayından 2015-ci ilin iyun ayınadək isə Ermənistan Respublikası silahlı qüvvələrinin Baş Qərargah rəisinin müavini vəzifələrində xidmət edib. 2018-ci il dekabrın 14-dən 2019-cu ilin may-iyun aylarınadək Xankəndi şəhərində “Xilasetmə idarəsinin direktoru”, 2019-cu ilin may-iyun aylarından 2020-ci ilin iyun ayınadək “polis rəisi” olub. Təqaüdə göndərildikdən sonra heç yerdə işləməyib.

Qondarma qurumun “müdafiə ordusu”nun “komandan”ı vəzifəsində xidmət etdiyi müddətdə “ordu”nun maliyyələşməsi, silahlandırılması və bu kimi digər məsələlər Ermənistan Respublikası silahlı qüvvələrinin Baş Qərargahı tərəfindən Ermənistan Respublikasının büdcə vəsaiti hesabına həyata keçirilib.

1992-ci ilin sentyabrında qondarma qurumun “müdafiə ordusu”nda zabit kimi hərbi xidmətə başladığı gündən etibarən Birinci Qarabağ müharibəsi zamanı Kəlbəcər, Füzuli, Ağdərə, Ağdam və Cəbrayıl rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib.

Daha sonra məhkəmə iclasında təqsirləndirilən şəxs David Manukyanın cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadələr və ona aid elan olunan digər sənədlər səsləndirilib.

David Manukyan ifadəsində bildirib ki, o, 1992-ci ilin dekabrından könüllü əsgər kimi Ermənistanla Azərbaycan arasında baş vermiş Birinci Qarabağ müharibəsində, eləcə də təxminən 1994-cü ilin may ayından sonrakı dövrlərdən etibarən işğal altında saxladıqları Azərbaycan ərazilərində yaradılmış qondarma rejimin “müdafiə ordusu”nda hərbi qulluqçu kimi müxtəlif, əsasən də rəhbər vəzifələrdə xidmət aparmaqla Ermənistanın Azərbaycanla müharibələrində və digər silahlı münaqişələrdə iştirak edib.

Təqsirləndirilən şəxsin cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadələrdən və ona aid elan edilən digər sənədlərin tədqiqindən məlum olub ki, Birinci Qarabağ müharibəsində bütün döyüş əməliyyatlarına rəhbərliyi 1992-ci ildə qondarma rejimin “müdafiə naziri” olmuş Samvel Babayan və Ermənistan Respublikasının müdafiə naziri Vazgen Sarkisyan həyata keçiriblər. Müharibə müddətində bütün əmr və göstərişlər S.Babayan və V.Sarkisyan tərəfindən verilib, hücum və döyüş planlarını onlar tərtib ediblər.

Digər silah-sursatlar kimi, minalar da Azərbaycanın həmin vaxt işğal altında olan ərazilərinə Ermənistan Respublikasından gətirilib. Minaların konkret hansı ərazilərdə basdırılmalı olması barədə qərarı həmin ərazidə yerləşdirilmiş hərbi hissələrin komandirlərinin raportla müraciətləri əsasında “müdafiə ordusunun komandanlığı” verib. Həmin qərara əsasən də, hərbi hissə komandirlərinin rəhbərliyi ilə hərbi hissələrin mühəndis-istehkam bölmələrinin hərbi qulluqçuları tərəfindən təyin edilmiş ərazilərdə tank və piyadaəleyhinə minalar basdırılıb. Lakin o, iddia edib ki, həmin ərazilərə aid mina xəritələrinin harada saxlanıldığını bilmir.

Sənədlərdə göstərilib ki, Suriya, Livan və İraqdan olan erməniəsilli şəxslər Ermənistan Respublikasına gəlib yaşamaq üçün müraciət etdikdə onlar həmin vaxt işğal altında saxlanılan Azərbaycan ərazilərinə köçürülüb və orada məskunlaşdırılıb.

Məhkəmə prosesi sentyabrın 4-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 Sentyabr 2025 20:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəzzada sülh yaxındır? ŞƏRH

15 Oktyabr 2025 15:34see351

Nəticələr Türkiyənin Suriyada möhkəmlənməsinə xidmət edəcək

16 Oktyabr 2025 10:26see303

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see258

Kompani İngiltərə millisinin üzvünü komandasında görmək istəyir

15 Oktyabr 2025 13:27see183

İsrail də açıqladı: Qəzzada yenidən müharibə başlaya bilər!

16 Oktyabr 2025 00:55see183

Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçıları Şuşa şəhərinə gəliblər

15 Oktyabr 2025 18:02see136

Yardımlının Şıxlar kəndində 4 şagird təhsilsiz qalıb? Rəsmi AÇIQLAMA

15 Oktyabr 2025 20:13see135

Serbiya seçimini etdi, bunu gözləyirik Leyen

15 Oktyabr 2025 21:50see134

ABŞ nin Nyu York ştatında ilk dəfə çikunqunya qızdırmasına yoluxma aşkar edilib

16 Oktyabr 2025 00:33see132

10 minədək taksinin icazəsi ləğv ediləcək? Video

16 Oktyabr 2025 07:03see129

Bu bürcün qadınları asan ram olmur

16 Oktyabr 2025 03:21see129

Erkən ölüm riskini artıran əsas amillər BƏLLİ OLDU TERAPEVT AÇIQLADI

16 Oktyabr 2025 16:17see128

Bakıda yol kənarında fahişələrin axşam bazarı (VİDEO)

16 Oktyabr 2025 04:40see128

Ağsuda yollar təmir ediləcək

16 Oktyabr 2025 14:54see128

Leyla və Arzu Əliyeva beynəlxalq incəsənət sərgisinin açılışında FOTO

15 Oktyabr 2025 09:54see126

Şarm əl Şeyx sammiti: Yaxın Şərq üçün yeni tarix

15 Oktyabr 2025 12:20see125

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see123

Finlandiyalıların bir çoxu erkən pensiyaya çıxmaq arzusundadır

16 Oktyabr 2025 04:03see123

Ən kinli insanlar bu qan qrupundan olurlar ARAŞDIRMA

16 Oktyabr 2025 04:05see122

Eltac və Gülnar Avropa çempionatında

16 Oktyabr 2025 00:38see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri