Icma.az
close
up
RU
Bakıda ŞOK CİNAYƏT MƏHKƏMƏ İŞİ...

Bakıda ŞOK CİNAYƏT MƏHKƏMƏ İŞİ...

Icma.az, News24 saytına istinadən bildirir.

2021-ci il iyulun 16-da Bakının Nizami rayonunda 1988-ci il təvəllüdlü G.D-nın (ad şərtidir) kirayə yaşadığı mənzildə bıçaqlanır. Yaralı 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılır və həyatı xilas olunur. Daxil olan məlumatla bağlı polis və prokurorluq əməkdaşları hərəkətə keçir.

Faktla əlaqədar Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.2.-ci (xuliqanlıq niyyəti ilə qəsdən dam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

3 gündən sonra 1997-ci il təvəllüdlü Əli Məmmədov 25-ci Polis Şöbəsinə gələrək, cinayəti törətdiyini etiraf edib. Anket məlumatlarına əsasən, o, Rusiyanın Tümen vilayətində anadan olub, əvvəllər məhkum olunmayıb.

Lent.az cinayət hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, Əli Məmmədov “Telegram” sosial şəbəkəsində tanış olduğu G.D ilə cinsi əlaqədə olmaqdan ötrü iyulun 16-ı saat 17 radələrində qadının kirayədə yaşadığı evə gəlib.

Yataq otağında bir dəfə intim əlaqədə olub, öz istəyinə uyğun əlaqəni davam etdirmək istəyib. Lakin qadına buna etiraz edərək, Əlindən çıxıb getməsini tələb edib. Bunu bəhanə edən Əli Məmmədov qadını öldürmək qərarına gəlib. Bu məqsədlə məişət təyinatlı bıçaqla mənzilin dəhlizində G.D-nın bədəninin müxtəlif nahiyyələrinə 9 dəfə zərbə endirib. Sonra əlinə keçən mələfəni onun boğazına dolayaraq, sıxıb. Lakin qadın aktiv müqavimət göstərərək, onu itələyib və giriş qapısından bloka çıxaraq, qonşuları köməyə çağırıb. Buna görə Əli pəncərədən tullanaraq, hadisə yerindən qaça bilib. Təcili Tibbi Yardım briqadası tərəfindən vaxtında xəstəxanaya çatdırılan G.D-nın həyatı xilas olunub.

İş üzrə dindirilmiş Əli Məmmədov bildirib ki, 2021-ci ilin iyun ayınıda “Telegram” şəbəkəsində G.D ilə tanış olub. İyulun 16-da yaşadığı Montin qəsəbəsində, marketdən 3 ədəd “GO” adlı spirtli enerji içkisi alıb içib:

“Saat 15 radələrində qadınla danışarkən, evinə gəlmək istədiyimi bildirəndə, G.D buna etiraz etmədi. “WhatsApp” tətbiqində yaşadığı evin yerini mənə göndərdi. “Qara Qarayev” metrostansiyasının çıxışında marketdən 2 şüşə pivə alıb qadının Nizami rayonunda kirayədə qaldığı ünvana yollandım. İçəri daxil olandan sonra G.D ilə qucaqlaşıb, görüşdük. Yataq otağına keçib, bir dəfə cinsi əlaqədə olduq. Sonra o məndən aldığı 2000 manat puldan bir qismini qaytarmasını və banka borcu olduğumu bildirdim. Cavab olaraq qadın mənə “sənə o pulu verməyəcəyəm, çünki heç bir sübutun yoxdur” dedi. O zaman G.D-nın telefonuna zəng gəldi. Kiminləsə danışandan sonra, mənə başqa şəxsin yanına gələcəyini söylədi və məndən çıxıb getməyimi istədi. Daha sonra qadın hamamdan çıxıb mətbəxə keçdi və mənim getmədiyimi görüb üzərimə bıçaqla gəldi, evini tərk etməyimi tələb etdi. Bıçaq yüngül şəkildə sinəmə toxundu, onun qolunu buraraq bıçağı aldım. Sağ qoltuqaltı nahiyəsinə bir dəfə zərbə vurdum. Qadın dəhlizdə kürəyi üstə yerə yıxıldı. Həmin vaxt nə mənim, nə də qadının əynində paltar yox idi. Bıçağı tullayıb ona sakit olmasını dedim.

Qışqırmaq istədiyini gördüm. Hamamdan mələfəni boyununa keçirib sıxmağa başladım. Müqavimət göstərən qadın yerdən bıçağı götürüb sağa-sola hərəkət etdirdikdə qollarımdan və sinəmdən xəsarət aldım. Bıçağı əlindən alıb, onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirdim. Onun üstündən qalxıb Təcili Tibbi Yardıma zəng etmək istəyərkən G.D ayağa qalxıb qapıya tərəf qaçdı. Bloka çıxaraq qışqırıb insanları köməyə çağırmağa başladı. Cəld şalvarımı geyinib qonaq otağından eyvana keçdim və yerə tullandım. Aşağı mərtəbədə yaşayanların istifadə etdiyi paltar iplərinə ilişdim, sonra isə yerə yıxıldım. Ayağa qalxıb ayaqyalın və köynəksiz vəziyyətdə “Neftçilər” metrostansiyası istiqamətində qaçdım”.

Qarşısına çıxan mağazaya girib özünə köynək və bir cüt ayaqqabı alıb. Taksi ilə yaşadığı Nərimanov rayonuna gəlib:

“Heydər Əliyev prospektində “saatlı bina” kimi tanınan yerdə, mağazadan özümə şalvar aldım. Başqa taksi ilə “20 Yanvar” metrostansiyasının yanına, ordan da Lənkəran şəhərinə getdim. Saat 21 radələrində ora çatıb əmim oğlu Cəmil Məmmədova Bakıda ehtiyatsızlıqdan ayağımın burxulduğunu dedim və məni həkimə aparmasını xahiş etdim. Sonra dayımın rayonun Şilavar kəndində yerləşən evinə getdim. Ona pilləkəndən yıxılıb ayağımdan xəsarət aldığımı dedim. İyulun 17-də Bakıya qayıtdım. Ayın 19-da Maştağa qəsəbəsində yaşayan atamın yanına gedərək, ona törətdiyim hadisəni danışdım. Atam məni aparıb, 25-ci polis şöbəsinə təhvil verdi”.

Zərərçəkmiş G.D ifadəsində göstərib ki, 2017-ci ildə Çingiz Hüseynovdan boşanıb, nikahdan qız övladları olub. Müxtəlif restoranlarda ofisiant və müğənni kimi çalışıb, pul qarşılığında kişilərlə intim əlaqədə olub, pul qazanıb:

““Telegram” tətbiqində açdığım qrupda 150 manat qarşılığında cinsi əlaqədə olurdum. Əli Məmmədovla 2021-ci ilin iyun ayında tanış olaraq, yazışmışıq. Həmin şəxs məndən çılpaq şəkillərimi göndərməyimi istəyəndə, bundan imtina edərək, onu qara siyahıya atdım. Buna baxmayarq, Əli Məmmədov iyulun 16-da başqa profildən yazaraq, yanıma gəlmək istədiyini bildirdi. İçəri girəndən sonra məni qucaqlayıb öpməyə başladı. Əlinin gətirdiyi pivəni içdim, mənə 100 manat pul verdi. Cinsi əlaqədə olandan sonra, ondan xoşum gəlmədiyi üçün çıxıb getməsini tələb etdim.

Bu zəmində aramızda mübahisə yarandı. Əli getmək istəmədiyini və yenə intim əlaqədə olmaq istədiyini dedi. Yerə yıxıb mənə bıçaqla zərbələr endirdi. Bir təhər əlindən çıxıb qapını açdım və qışqıraraq, 5-ci mərtəbəyə doğru qaçdım”.

Qonşular ona kömək edərək, Təcili yardıma məlumat veriblər. 10 dəqiqədən sonra gələn tibbi yardım briqadası onu xəstəxanaya aparıb və orda həkimlər həyatını xilas ediblər.

Zərərçəkmiş əlavə edib ki, Əli Məmmədovdan hər hansı məbləğdə borc pul almayıb və ona bank hesabını göndərməyib.

Şahid Yusif Mahmudov bildirib ki, 8-ci kilometr qəsəbəsində yerləşən evində G.D 350 manat müqabilində kirayədə qalıb:

“İyulun 16-da polis əməkdaşı zəng edərək, mənə məxsus evdə G.D-nı bıçaqlandığını bildirdi. Həmin gün şəhərdə olmadığımdan hadisə yerinə növbəti gün gəldim. Qonşulardan öyrəndim ki, saat 18 radələrində qadının qışqırıq səsini eşidib bloka çıxanda onu çılpaq və qana bulaşmış vəziyyətdə görüblər. G.D onlara tanımadığı şəxs tərəfindən bıçaqlandığını bildirib. Qadını müğənni kimi tanıyırdım, onun pul qarşılığında intim xidmət göstərməsindən məlumatım yox idi”.

Məhkəmə iclasında Əli Məmmədov ittihamü üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmiş məhkəmədən təqsirləndirilən şəxsin qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılmasını xahiş edib.

Məhkəmə hesab edib ki, Əli Məmmədovun əməli Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsindən 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif edilməlidir. O, həmin maddənin sanksiyası həddində təqsirli bilinərək, cəzalandırılmalıdır. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli Məmmədov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:196
embedMənbə:https://news24.az
archiveBu xəbər 30 Yanvar 2025 22:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see568

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see519

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see386

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see283

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see263

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see254

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see234

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see230

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see227

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see226

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see214

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see210

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see206

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see206

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see204

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see197

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see196

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see194

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri