Icma.az
close
up
RU
Bakıda “Multidisiplinar Radiologiya Forumu” keçirilib

Bakıda “Multidisiplinar Radiologiya Forumu” keçirilib

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 7 iyun, AZƏRTAC

İyunun 6-da Bakıda Səhiyyə Nazirliyi, Milli Onkologiya Mərkəzi, Onkoloqlar Cəmiyyəti və Radioloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Multidisiplinar Radiologiya Forumu” keçirilib. Forum radiologiya sahəsində çalışan mütəxəssislərin elmi bilik və təcrübə mübadiləsinin təşviqi, müasir diaqnostik və müalicə yanaşmalarının müzakirəsi məqsədilə təşkil olunub.

Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, forumu giriş sözü ilə Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli açaraq, Mərkəzin Baş direktoru, akademik Cəmil Əliyevin təbrikini və onun forumun əhəmiyyəti ilə bağlı fikirlərini tədbir iştirakçılarına çatdırıb. Akademik Cəmil Əliyev öz təbrikində belə tədbirlərin elm sahəsində beynəlxalq inteqrasiyanın, təcrübə mübadiləsi prosesinin elmi-tədqiqat müəssisələrinin fəaliyyətində mühüm rol oynadığını xüsusi vurğulayıb.

Tədbirdə Azərbaycanla yanaşı, müxtəlif ölkələrdən dəvət olunmuş mütəxəssislər iştirak ediblər. Forum çərçivəsində radiologiyanın aktual istiqamətləri, görüntüləmə metodlarının klinik praktikada tətbiqi, onkoloji xəstəliklərin diaqnostikasında və müalicə planlamasında radiologiyanın rolu, multidisiplinar yanaşmanın əhəmiyyəti və bu sahədəki son yeniliklər müzakirə olunub. Tədbirdə yerli məruzəçilərlə yanaşı, Türkiyədən dəvət olunmuş tanınmış mütəxəssislər – professor Mustafa Seçil və professor Murat Danacı məruzələrlə çıxış edərək öz təcrübələrini iştirakçılarla bölüşüblər.

Xarici və yerli məruzəçilərin təqdimatları forum iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. 250-dən çox iştirakçının qatıldığı forum radiologiya sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, peşəkar əlaqələrin möhkəmləndirilməsi və elmi biliklərin paylaşılması baxımından mühüm platforma rolunu oynayıb.

Forumun sonunda iştirakçılar radiologiya sahəsində müasir yanaşmaların tətbiqi və multidisiplinar əməkdaşlığın inkişaf etdirilməsinin səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verdiyini vurğulayıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 İyun 2026 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see379

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see364

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see323

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see290

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see282

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see229

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see228

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see224

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see204

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see204

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see192

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see190

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see189

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see184

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see184

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see175

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri