Icma.az
close
up
RU
Bakıda İnsan İnkişafı Forumu keçirilib

Bakıda İnsan İnkişafı Forumu keçirilib

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İnsan inkişafı sahəsində maraqlı tərəflərin iştirakı ilə İnsan İnkişafı Forumu keçirilib.

Oxu.Az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.

Bildirilib ki, forumda ölkəmizdə insan kapitalının inkişafına dövlət dəstəyi, təhsil sistemi və biznes arasında əməkdaşlıq, məşğulluq sahəsində yeni trendlər kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət və özəl qurumların nümayəndələrini, insan resursları üzrə mütəxəssisləri və təhsil ekspertlərini bir araya gətirən tədbirin məqsədi insan potensialının artırılmasını, fərdi və peşəkar bacarıqların erkən yaşlarda formalaşdırılmasını, karyera sahəsində müasir tələb-təklif trendlərini müzakirə etmək, müvafiq sahədə təcrübə mübadiləsi aparmaqdır.

Dövlət-özəl sektoru əməkdaşlığı çərçivəsində "Milli dəyərlərlə birgə qlobal biznesə!" devizi ilə təşkil olunmuş forum Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü, "Paşa Holding"in dəstəyi, Milli Təhsil Texnologiyaları Mərkəzi və İnkişaf Korporasiyasının təşkilatçılığı ilə keçirilib.

Forumda Milli Məclisin deputatı Zahid Oruc, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, "Paşa Holding" MMC-nin Baş icraçı direktoru Cəlal Qasımov çıxış ediblər. Çıxışçılar ölkəmizdə insan kapitalının inkişafı və bu sahədə dövlət dəstəyi, bilik və bacarıqların artırılması, sahibkar düşüncə tərzinin təşviqi, təhsil sistemi və biznes arasında qarşılıqlı əməkdaşlıq, məşğulluq məsələləri, işəgötürənlər və işçilərin gözləntiləri və s. mövzularda fikir və təkliflərini bölüşüblər.

Tədbir çərçivəsində "İnsan inkişafı: Uşaq və gənclərdə biznes üçün kompetensiyaların formalaşdırılması" mövzusunda panel müzakirə təşkil olunub, "Balaca tacirlər" və "Azərbaycan biznes mədəniyyəti" kitablarının təqdimatı keçirilib.

{}

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://oxu.az
archiveBu xəbər 11 Fevral 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzərdə müharibə aktivləşərsə,....

27 İyul 2026 12:05see376

ADNSU da dəyişiklik: fakültə və kafedralar azaldı, yeni təyinatlar oldu

28 İyul 2026 07:01see251

Süni intellekt və beynəlxalq hüquq: yeni hüquqi dövrün başlanğıcı

27 İyul 2026 09:52see243

Nazirlik əlilliyi olan şəxslərlə bağlı məlumat yaydı

27 İyul 2026 17:21see231

“İran yenə Azərbaycan və türk düşmənçiliyi siyasətini davam etdirir”

28 İyul 2026 06:57see221

İyulun sonunda həyatlarını dəyişdirəcək dörd BÜRC

28 İyul 2026 00:01see213

Dünya Kuboku brendlər üçün böyük reklam fürsətinə çevrildi

27 İyul 2026 16:49see213

Azərbaycanlılar ən çox bunları axtarır “Google” statistikası təəccübləndirir

28 İyul 2026 02:05see212

Amerikalılar İran müharibəsindən üz döndərir Ağ Ev geri çəkiləcək?

28 İyul 2026 15:12see206

Zidan baş məşqçi təyin olunsa, Mbappenin kapitanlıq sarğısı əlindən alınacaq?

27 İyul 2026 23:59see205

Azərbaycan bu ölkələrlə ikitərəfli anlaşma memorandumları imzalayıb

28 İyul 2026 01:23see205

Cinsi əlaqədən sonra qanaxma nə zaman normal sayılmır?

27 İyul 2026 23:22see192

ABŞ ordusu Hörmüzdə daha 17 ticarət gəmisinin marşrutunu dəyişib

28 İyul 2026 04:32see189

Gecə yarısı oyanmaq normaldırmı?

27 İyul 2026 23:17see186

“İranın AZTV ni hədəf alması rejimin mahiyyətini göstərir”

28 İyul 2026 06:38see172

“Fənərbaxça”dan Leao üçün rəsmi addım

28 İyul 2026 00:21see166

Təhlükəsizlik tədbirləri gücləndirildi "Azneft"

27 İyul 2026 12:21see160

Qobustanda yeni avtomobil körpüsü tikildi

27 İyul 2026 21:02see157

“Moody’s” beynəlxalq reytinq agentliyi SOCAR ın Baa3 investisiya oluna bilən kredit reytinqini yenidən təsdiqləyib

27 İyul 2026 16:40see154

Balaca Cəfərin göz yaşları Türkiyəni kövrəltdi!

27 İyul 2026 20:44see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri