Icma.az
close
up
RU
Bakıda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Sərnişinlər bir az da gözləməli olacaqlar

Bakıda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Sərnişinlər bir az da gözləməli olacaqlar

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yay fəslində Bakı şəhərində sıxlıq bir az azalsa da, nəqliyyatın hərəkəti, tıxaclar, ictimai nəqliyyatdan istifadə və infrastruktur problemləri aktuallığını saxlayır. İlin əvvəlində təsdiq olunan "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" bu sahədə əsas yol xəritəsinə çevrilib. Bəs maraqlıdır, ilin yarısının geridə qaldığı bir vaxtda, proqramın icrası ilə bağlı hansı işlər görülüb?

Oxu.Az bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

"Avtobus zolaqlarının 160 kilometrə çatdırılması nəzərdə tutulur"

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, hazırda paytaxtın 40-a yaxın küçə və prospektində 110 kilometrdən artıq avtobus zolağı təşkil edilib: "Nəticədə avtobusların bu zolaqlarda orta sürəti artıb, marşrut üzrə hərəkət vaxtı xeyli azalıb. Yeni zolaqların salınması istiqamətində iş aparılır. Avtobus zolaqlarının 160 kilometrə çatdırılması nəzərdə tutulur".

"Davamlı mikromobillik zolağı təşkil edilir"

AYNA tərəfindən Bakı şəhərində davamlı mikromobillik zolağı da təşkil edilir. Bu proses qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla layihələndirilir: "Mikromobillik zolaqlarının təşkili konseptual plan əsasında həyata keçirilir. Kəsintisiz mikromobillik zolağının təşkili üçün mərhələli qaydada velosiped yolları bir-biri ilə əlaqələndirilir. Son belə işlər Hüseyn Cavid prospektində görülüb və daha əvvəl təşkil edilən Mətbuat prospektindəki mikromobillik zolağı ilə birləşdirilib. Beləliklə, dairəvi hərəkət imkanı yaradılıb. Hazırda metronun "Elmlər Akademiyası" stansiyası ətrafındakı mikromobillik şəbəkəsinin şəhərin mərkəzi hissəsindəki şəbəkə ilə əlaqələndirilməsi həyata keçirilir. Həmçinin paytaxtın Nəcəfqulu Rəfiyev və İzzət Orucova küçələrində mikromobillik zolaqları salınıb. Bununla da Xocalı prospektindəki zolağın 8 Noyabr prospekti və Afiyəddin Cəlilov küçəsindəki zolaqlarla əlaqələndirilməsi həyata keçirilib".

"Nişanlanma işləri aparılır, yol nişanları quraşdırılır"

Həmçinin görülən işlər çərçivəsində müvafiq nişanlanma işləri aparılır, təhlükəsizlik məqsədilə yol nişanları quraşdırılır, əlçatanlığın təmin edilməsi üçün panduslar inşa olunur: "Avtomobillərlə yarana biləcək münaqişəli nöqtələrin aradan qaldırılması üçün təhlükəsizlik sədləri quraşdırılır, işıqforlarda velosiped bölmələri yaradılır. Əhali arasında velosiped və skuterlərdən istifadəyə artan marağı, eləcə də bu nəqliyyat növünün geniş istifadəsinin nəqliyyat sıxlığının azaldılması, ətraf mühitin qorunması, fiziki fəallığın artırılması və sağlam həyat tərzi baxımından əhəmiyyətini nəzərə alaraq, mikromobillik zolaqları şəbəkəsi genişləndirilir".

"İlk mərhələdə 1650 metrə yaxın dəmir yolu çəkiləcək"

Nəqliyyat sahəsində tıxac və sıxlıqdan ən çox narazılıq edilən vasitələrdən biri də metrodur. İstilik, sərnişin sıxlığı, qatarların intervalı və havalandırma sistemi ilə bağlı müzakirələrə tez-tez rast gəlirik. Bəs Bakı Metropoliteni proqramın icrası ilə bağlı hansı işləri həyata keçirir? Qurumdan bildirildi ki, Dövlət proqramına uyğun olaraq, 2025-ci ildə Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi üzrə mərhələli işlərə başlanılıb: "Türkiyənin "Yüksel Proje" şirkəti ilə müqavilə imzalanıb. Anlaşma çərçivəsində Yaşıl xəttin Y14-Y17 və Bənövşəyi xətt üzrə B5-B8 stansiyaları və bu stansiyalar arasında tunellərin layihələndirilməsi, metronun "28 May" stansiyasında Yaşıl və Qırmızı xətlərin ayrılmasının layihələndirilməsi, "İçərişəhər" stansiyasında keçid kamerası, geri dönüş tuneli və yeraltı avtomobil dayanacağının layihələndirilməsi nəzərdə tutulur. Eyni zamanda, "Dərnəgül" elektrik deposunun inşasına başlanılıb. İlkin mərhələdə burada qatarların gecələməsi, baxış və qulluğu üçün ümumilikdə hər birinin uzunluğu 103 metr olan 27 qanov nəzərdə tutulub. Birinci mərhələdə təhvil verilməsi planlaşdırılan yeddi qanovun inşası işləri davam etdirilir. Ümumilikdə ilk mərhələdə 1650 metrə yaxın dəmir yolu çəkiləcək və onları bir-biri ilə əlaqələndirən 15 yoldəyişdirici qurğu quraşdırılacaq. Sərnişinlərin şəhərə daha rahat gediş-gəlişini təmin etmək məqsədilə "Dərnəgül" elektrik deposunun yaxınlığında eyniadlı yerüstü stansiya da inşa ediləcək".

"Yeni stansiyaların tikintisi nəzərdə tutulur"

Qurumdan bildirildi ki, hazırda Bənövşəyi xəttin layihə adı "B-04" olan stansiyasında inşaatın əsas mərhələsi üzrə işlər davam etdirilir: "İnşaat işlərinin 2026-cı ilin birinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. Həmçinin yaxın illərdə Bakı Metropolitenində bir sıra yeniliklər planlaşdırılır. Belə ki, "Dərnəgül" elektrik deposunun tikintisi çərçivəsində təmir-baxış sahələrinin inşası, tunellərdə yolların qurulması işləri davam etdirilir. Deponun birinci mərhələsi istismara verildikdən sonra Yaşıl xətt üzrə qatarların saxlanılması, texniki qulluğu və təmiri burada həyata keçiriləcək. 2026-2030-cu illərdə "Dərnəgül" deposunda işlərin tamamlanması, iki yeni elektrik yarımstansiyasının inşası, elektrik təchizatı sisteminin optimallaşdırılması, metronun "İçərişəhər" stansiyasının arxasında dönmə kamerasının inşası nəzərdə tutulub. Bundan əlavə, hazırda 10 yeni stansiya ilə bağlı layihələndirmə, trasların müəyyən edilməsi və digər təşkilati məsələlər üzrə işlər aparılır. Yaşıl xətdə - Ağ şəhər, NZS, Nargilə və Həzi Aslanov-2 ərazilərində; Bənövşəyi xətdə isə "B-4" stansiyasından sonra "Nizami", "Sahil", "Xətai" stansiyaları, "Neftçilər" xəstəxanasının yaxınlığında və Ağ şəhər layihəsini əhatə edən zonalarda yeni stansiyaların tikintisi nəzərdə tutulur".

"Bu ilin sonunadək 30 yeni tipli vaqon gətiriləcək"

2025-ci ilin son rübündə yeni qatarların istismara verilməsi prosesinə də başlanacaq: "Sərnişin rahatlığı və xidmət keyfiyyətinin artırılması məqsədilə, xüsusilə pik saatlarda vaqon və platformalarda yaranan sıxlığın azaldılması baxımından metropoliten xətlərində bir saatda hər iki istiqamətdə hərəkət edən qatar cütlərinin sayı son 16 ildə 30-dan 32-yə yüksəldilib. Pik saatlarda daha çox qatarın təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yeni rəqəmsal hərəkət cədvəli tərtib olunub. Yeni qrafikə əsasən, Bakı metropolitenində qatarlararası hərəkət intervalı texniki təhlükəsizlik tələbləri tam yerinə yetirilməklə iki dəqiqədən 1 dəqiqə 52 saniyəyə endirilib. Bununla yanaşı, vaqon parkının yeniləşməsi istiqamətində işlər davam etdirilir. Bu ilin sonunadək Bakıya 30 yeni tipli vaqon (hər biri 5 vaqondan ibarət 6 qatar) gətiriləcək. Bununla Bakı metropoliteni xətlərində hərəkətdə olan yeni vaqonların sayı 180-ə çatdırılacaq".

Universitetlərin köçürülməsi istiqamətində iş aparılır

Proqramda müzakirə olunan istiqamətlərdən biri də universitetlərin köçürülməsi məsələsidir. Proqramın təsdiq olunduğu vaxtdan indiyədək görülən işlərlə bağlı Elm və Təhsil Nazirliyinə də sorğu ünvanlanıb. Nazirlikdən verilən məlumata görə, müvafiq istiqamətdə araşdırmalar aparılır, mümkün variantlar nəzərdən keçirilir. Nəticələr barədə ictimaiyyətə məlumat veriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 Avqust 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri