İsrail Hava Limanı: “Sərnişinlər real uçuş imkanı yaranana qədər bir neçə gün gözləməli olacaqlar”
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
İsrail hakimiyyət orqanları xaricdə qalan israilliləri, evə qayıtmaq ümidi ilə Larnaka və ya Afinaya getməkdən çəkinməyə çağırır.
APA xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Bildirilir ki, İsrail hava məkanı hələ də qalxış və enişlər üçün bağlı qalır və bu, yeni bildiriş verilənədək qüvvədə olacaq.
"Bu mərhələdə xaricdə olan israillilərə Larnaka və ya Afinaya gedərək oradan İsrailə qayıtmaq üçün reysə minmək məqsədilə səyahət etmələri tövsiyə olunmur. Hətta təhlükəsizlik qurumları uçuşların bərpasına icazə verdikdə belə, risklərin minimuma endirilməsi və sərnişinlərin, təyyarələrin təhlükəsizliyinin qorunması məqsədilə reyslərin sayı məhdud olacaq" — İsrail Hava Limanı İdarəsi bildirib.
Hava limanı idarəsinin məlumatına görə, sərnişinlər real uçuş imkanı yaranana qədər bir neçə gün gözləməli olacaqlar.
İdarə xaricdə qalan israilliləri "məsuliyyətli davranmağa və rəsmi yeniləmələri gözləməyə" çağırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 15 İyun 2025 14:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















