Icma.az
close
up
RU
Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür SAKİNLƏR NARAZIDIR

Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür SAKİNLƏR NARAZIDIR

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı şəhəri, Bayıl qəsəbəsi, Dağlıq küçəsi 24 ünvanında yerləşən və 1882-ci ildə Nobel qardaşları tərəfindən inşa edilmiş tarixi bina plana düşüb.

Lent.az-ın müxbiri əraziyə gedərək araşdırma aparıb.

Sakinlərin sözlərinə görə, rəsmi qurumlar binanın qəzalı vəziyyətdə olduğunu əsas gətirir, bildirirlər ki, divarları çat-çatdır və təhlükə yaradır. Artıq binanın bir hissəsi çökərək qonşu evin damına ciddi ziyan vurub. Ev sakinləri təxliyə edilib. Binanın pilləkənləri dağılmış və təhlükəli vəziyyətdədir. Çatlamış beton parçaları binanın həyətindən keçənlər üçün təhlükə yaradır. Sakinlər narazıdırlar ki, hər an beton parçaları qopub özlərinin, uşaqlarının başına düşə bilər.

Hazırda sakinlərin bir qismi evlərindən köçürülüb, lakin digərləri onlara təklif olunan məbləğ – hər kvadratmetr üçün 1550 manat – ilə razılaşmır. Sakinlər bu qiymətin onların yeni ev almaq imkanlarını təmin etmədiyini deyirlər. Onlar bildirirlər ki, bura şəhərin mərkəzinə çox yaxındır və ödənilən kompensasiya ilə ancaq Bakı kəndlərindən ev almaq mümkündür.

Sözügedən küçədə yaşayan Vasif Ələkbərov da vəziyyətdən narazılığını bildirir. Onun evi tarixi binadan cəmi 2 metr məsafədə yerləşir və söküntü zamanı evinə zərər dəyməsindən ehtiyat edir. Vasif Ələkbərovun sözlərinə görə, evinin plana daxil edilmədiyi bildirilib, lakin fiziki olaraq çox yaxın məsafədə yerləşdiyi üçün təhlükə altındadır.

Sakinlər aidiyyəti qurumlardan məsələ ilə bağlı daha şəffaf yanaşma, qiymətləndirmələrin yenidən aparılması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsini tələb edirlər. Hazırda ərazidə narahatlıq hökm sürür.

Məsələylə bağlı  Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət ünvanladıq. Hələlik müraciətə cavab verilməyib.

Məsələni diqqətdə saxlayırıq.

Qeyd edək ki, Nobel qardaşları — xüsusilə Ludvig Nobel və onun qardaşları — 1870-ci illərdə Bakıya gələrək "Branobel" (Nobel Brothers Petroleum Company) adlı şirkəti qurdular. Bu şirkət qısa zamanda Qafqazın ən böyük neft şirkətlərindən birinə çevrildi.

Neft çıxarma, emal və ixrac üçün müasir və dayanıqlı infrastruktur lazım idi. Nobel qardaşları yalnız neft quyuları deyil, zavodlar, anbarlar, ofis binaları, dəmir yolları və yaşayış kompleksləri də inşa etdilər.

Onlar işçilər üçün yaşayış evləri, məktəblər, xəstəxanalar və istirahət mərkəzləri də tikirdilər.

Foto - İlkin Nəbiyev ©️ APA GROUP

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://lent.az
archiveBu xəbər 14 May 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri