Icma.az
close
up
RU
Dərslərə az qalmış Bakıda yollar bağlandı: Sakinlər NARAZIDIR AAYDA dan açıqlama

Dərslərə az qalmış Bakıda yollar bağlandı: Sakinlər NARAZIDIR AAYDA dan açıqlama

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Son günlər Bakının bir sıra ərazilərində yol təmiri işləri aparılır. Belə ki, Binəqədi rayonunda Gülməmməd Ramazanov küçəsi, 8 Noyabr prospektinin müəyyən hissələri, Yeni Günəşli və digər ərazilərdə həyata keçirilən işlər zamanı nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

“Bakupost” xəbər verir ki, xüsusilə yeni tədris ilinin başlamasına az müddət qalmış bəzi küçə və yolların təmirə bağlanması sakinlərin narazılığına səbəb olub.

Onların işlərin vaxtının düzgün seçilmədiyini və bu səbəbdən şəhərdə nəqliyyat yükünün artdığını bildirirlər.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “Bakupost”un sorğusuna cavab olaraq bildirilib ki, Binəqədi rayonunda və 8 Noyabr prospektində təmir işləri artıq yekunlaşdırılıb. Yeni Günəşlidə isə işlər davam etdirilir.

Qurumdan qeyd olunub ki, təmir proqramına iyunun 15-dən başlanılıb. Yay tətili müddətində işlərin sürətləndirilməsi üçün tədbirlər gecə-gündüz, o cümlədən istirahət və bayram günlərində aparılıb.

Bildirilib ki, yeni tədris ili öncəsi paytaxtın mərkəzi hissəsində təmir işləri yekunlaşdırılıb – ümumilikdə 65 küçə və prospekt yenilənib:

“Proqrama əsasən ümumilikdə 110 küçə və prospektdə təmir işlərinin aparılması nəzərdə tutulub. Əsas məqsəd yeni tədris ili başlamazdan əvvəl nəqliyyat hərəkətinin daha intensiv olduğu mərkəzi küçə və prospektlərdə işlərin yekunlaşdırılması olub”.

Agentliyin məlumatına görə, Yasamal, Nərimanov, Səbail, Nəsimi və Xətai rayonlarında əsas təmir işləri tam yekunlaşdırılıb. Nizami rayonunda isə işlərin böyük hissəsi başa çatdırılıb:

“Beləliklə, paytaxtın mərkəzi hissəsində və nəqliyyat intensivliyinin yüksək olduğu əsas küçə və prospektlərdə təmir işləri yeni tədris ilinin başlanmasına qədər tamamlanıb.

Hazırda proqram çərçivəsində nəzərdə tutulan 110 küçə və prospektdən 65-də təmir işləri tam yekunlaşdırılıb.


Növbəti mərhələdə işlər nəqliyyat intensivliyinin nisbətən aşağı olduğu şəhərətrafı ərazilərdə davam etdirilir. Sabunçu, Xəzər,Pirallahı, Suraxanı, Binəqədi və Qaradağ rayonlarının ərazilərində yerləşən küçə və yollarda təmir işləri mərhələli şəkildə həyata keçirilir.

İşlərin təşkili zamanı nəqliyyat vasitələrinin hərəkətinə mümkün qədər az təsir göstərilməsinə xüsusi diqqət yetirilir. Texnoloji prosesin imkan verdiyi hallarda təmir işləri hərəkət tam dayandırılmadan və ya qismən məhdudlaşdırılmaqla icra olunur. Tam məhdudiyyətin zəruri olduğu mərhələlərdə isə nəqliyyat vasitələrinin alternativ yollara yönləndirilməsi təmin edilir”.

Qurum şəhərətrafı ərazilərdəki təmir işlərinin də yaxın müddətdə mərhələli şəkildə yekunlaşdırılacağını açıqlayıb:

“Proqramın icrası ilə qısa müddət ərzində Bakı şəhəri və şəhərətrafı ərazilərdə 110 küçə və prospekt üzrə rahat və təhlükəsiz hərəkət şəraitinin təmin olunması nəzərdə tutulur. Miqyasına görə paytaxt üzrə son illərin ən geniş təmir proqramlarından biri olan bu layihənin əsas hissəsi yay ayları ərzində icra edilib və hazırda proqram yekun mərhələsinə daxil olub”.

Lalə Novruz, BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 14 Sentyabr 2026 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see285

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see266

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see250

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see235

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see229

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see228

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see227

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see227

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see221

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see220

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see216

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see215

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see204

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see201

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see198

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see191

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri