Bakıda ödənişli xidmətlərin ümumi dəyəri 11 faizə yaxın artıb
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu ilin yanvar-oktyabr aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 7 milyard 295,6 milyon manat olub.
Bu barədə 525.az-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, bu, 2024-cü ilin ilk 10 ayı ilə müqayisədə real ifadədə 10,6 % çoxdur.
Hüquqi şəxslər tərəfindən əhaliyə 5 milyard 569,5 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 90 %-ni təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 13,2 % artaraq 2 milyard 239,3 milyon manat olub.
Bu mövzuda digər xəbərlər:Bakıda ödənişli xidmətlərin dəyəri artıb
26 Avqust 2025 13:24
Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 9%ə yaxın artıb
25 Dekabr 2024 10:55
Azərbaycanda ödənişli xidmətlərin ümumi dəyəri 9 faiz artıb
15 Oktyabr 2025 16:54
Paytaxtda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 11% artıb
29 May 2025 10:46
Paytaxtda ödənişli xidmətlərin dəyəri 11 % dən çox artıb
09 İyun 2025 12:31
Baxış sayı:96
Bu xəbər 03 Dekabr 2025 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















