Icma.az
close
up
RU
Bakıda “ölüm yolu” ilə bağlı hansı qərar gözlənilir? çıxış yolu göstərildi

Bakıda “ölüm yolu” ilə bağlı hansı qərar gözlənilir? çıxış yolu göstərildi

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Biləcəri qəsəbəsində baş verən dəhşətli qəza paytaxt yollarındakı təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib. Belə ki, bəzi yollarda təhlükəsizlik tədbirləri ya yetərsizdir, ya da ümumiyyətlə mövcud deyil. Hadisənin təfərrüatları cəmiyyətdə haqlı narahatlıq yaradıb. Çünki bu, həmin ərazidə baş verən ilk belə qəza deyil.

Bəs nə üçün bu yolda qabaqlayıcı tədbirlər görülmür? Sərt döngələrdə xəbərdaredici nişanlar və radar sistemləri niyə quraşdırılmır? Ümumilikdə isə belə təhlükəli yol sahələrində ağırtonnajlı yük maşınlarının hərəkətinə niyə məhdudiyyət qoyulmur?

Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, qəzanın baş verdiyi ərazidə əslində hərəkətə məhdudiyyət qoyan yol nişanı mövcuddur.

Onun sözlərinə görə, həmin ərazidə sürət 50 km/saata endirilib və bu, orada təhlükəsiz hərəkət üçün yetərlidir:

“Mən özüm də bu yolda test aparmışam. 50 km/saat sürətlə hərəkət tamamilə normaldır. Sadəcə bəzi sürücülər bu tələblərə əməl etmir, kobud qayda pozuntularına yol verirlər. Bu son hadisədə də yük maşınının sürücüsü həlak olub. Ona görə də dəqiq təhlillə sürücünün təxmini hərəkət sürəti müəyyənləşdirilməlidir. Maşının hansı şirkətə məxsus olması və digər detalları istintaq araşdırmalıdır”.

Ekspert hesab edir ki, bu tip yol sahələrində sürətə məcburi nəzarət tədbirləri görülməlidir:

“Ərazidə sürətin aşağı salınmasına məcbur edən vasitələr quraşdırılmalıdır. Məsələn, asfalt üzərində süni çıxıntılar (layihələndirilmiş maneələr) sürücüləri məcbur edə bilər ki, orada sürəti azaltsınlar. Qeyd edim ki, bu, həmin ərazidə baş verən ilk qəza deyil. Orada dəfələrlə oxşar yol-nəqliyyat hadisələri baş verib”.

Həmçinin oxuyun:

Ermənistanın Qarabağa hücumları nəticəsində doğmaları öldürülmüş şəxslər danışdı

Elməddin Muradlı

Elməddin Muradlı əlavə edib ki, həmin ərazidə radar qurğusunun quraşdırılması da effektiv nəticə verə bilər:

“Bəzi sürücülər radarlardan daha çox ehtiyat edirlər, nəinki qanun və ya inzibati cəzalardan. Ümumilikdə isə problem ondadır ki, nişanlar və xəbərdaredici işarələr mövcud olsa da, onlara əməl olunmur”.

Ekspert qəzanın digər mümkün səbəbinə də toxunub:

“Yükdaşıma qaydaları da kobud şəkildə pozulub. Yük düzgün qablaşdırılmayıb, bərkidilməyib. Bu məsələlər də araşdırılmalıdır. Məsələn, həmin yük haradan gəlmişdi, kim tərəfindən yüklənmişdi, niyə daşınma qaydaları pozulub? Yükün qablaşdırılması və bərkidilməsi ilə bağlı açıq qalan suallar var və ümid edirəm ki, istintaq orqanları bu sualları cavabsız qoymayacaq”.

Xatırladaq ki, sentyabrın 6-da Bakının Biləcəri qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı 3 nəfər həlak olub. Belə ki, idarəetməni itirən yük avtomobili körpüdən düşərək aşağıda dayanan digər avtomobillərin üzərinə aşıb, bu da bir neçə avtomobilin yararsız hala düşməsinə və digər şəxslərin ölümünə səbəb olub.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Sentyabr 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see280

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see234

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see212

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see204

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see183

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see175

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see164

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see147

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see146

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see146

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see143

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri