Icma.az
close
up
RU
Piyada zolaqları “ölüm zolağı” kimi Çıxış yolu nədir?

Piyada zolaqları “ölüm zolağı” kimi Çıxış yolu nədir?

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ekspert: “Bizi ən çox narahat edən məsələlərdən biri piyadaların yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına çıxma hallarıdır”
Piyada keçidləri piyadalar üçün təhlükəsiz yol keçidini təmin etməli olsa da, bəzi sürücülərin məsuliyyətsizliyi səbəbindən bu yerlər bir çox hallarda faciə məkanına çevrilir.
Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında bildirilib. Qeyd olunub ki, fevralın 17-də paytaxtın Mətbuat prospektində piyada zolağına daxil olan ana və iki övladının vurulması ilə nəticələnən hadisə bir daha onu deməyə əsas verir ki, hələ də yol hərəkəti qaydalarına məsuliyyətsiz yanaşan sürücülər var: “Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək, onları nümayiş olunan real kadrlardan düzgün nəticə çıxarmağa, piyadalara qarşı son dərəcə diqqətli olmağa çağırır. Hər bir sürücü bilməlidir ki, sükan arxasında edilən bir səhv günahsız insanların həyatına son qoya bilər. Daha məsuliyyətli davranmaq, yol hərəkəti qaydalarına ciddi əməl etmək və piyadalara hörmət etmək hər bir sürücünün borcudur! Unutmayaq ki, qaydalara əməl etmək təkcə qanuni öhdəlik deyil, həm də insanlıq borcudur”.
Bir çox halda piyadalar zolağa daxil olurlar və gözləmədən yolu keçirlər. Bu zaman iki səbəb üzə çıxır: ya sürücülərə arxayınlaşıb zolağı keçirlər, ya da elə başa düşürlər ki, piyada ayağını keçid zolağına qoyan kimi sürücünün borcu ona yol verməkdir. Bundan əlavə, Bakıda və regionlarda elə küçələr var ki, orada piyada zolaqları olan xətlər silinib, sürücülər məlumatsız olurlar.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında 1031 və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,4 faiz az yol-nəqliyyat hadisəsi baş verib.
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 13,7 faiz azalaraq 1434 nəfər olub.
Onlardan 520-si həlak olub, 914-ü isə yaralanıb. Hadisələrin 41,0 faizi gündüz, 40,6 faizi gecə, 18,4 faizi isə toran vaxtı baş verib.
Yol-nəqliyyat hadisələrinin 86,5 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 16,1 faiz azalaraq 381 nəfər, yaralananların sayı isə 13,3 faiz azalaraq 851 nəfər olub.
Nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, piyada keçidləri, eyni zamanda keçidlərdən istifadə ilə bağlı ciddi problemlər var: “Problem budur ki, bəzi piyadalar keçidlərdə davranış qaydalarını anlamırlar, məsuliyyətsizlik edirlər. Bəzi sürücülərin də piyadalara yol vermək, piyadalarla bağlı davranış qaydaları haqqında məlumatları azdır. Bu baxımdan hesab edirəm ki, təbliğatı gücləndirmək lazımdır. Eyni zamanda sürücülərin təlimlərində, imtahanlarında piyadalarla bağlı mövzulara geniş yer vermək gərəkdir. Əslində qaydalara riayət etmək çətin məsələ deyil. Piyadalar da qaydaları pozurlar. Qanunvericilikdə piyadalarla bağlı 4 halda cərimə tətbiqi nəzərdə tutulur:
Operativ nəqliyyat vasitələrinə yol verməmə;
İşıqforun qırmızı işığında hərəkət etmək;
Piyada keçidindən istifadə etməmək;
Yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin qarşısına qəflətən çıxmaq.
Bizi ən çox narahat edən məsələlərdən biri piyadaların yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına çıxma hallarıdır. Adətən piyadalar keçiddə olduqlarını əsas gətirərək özlərini haqlı çıxarmağa çalışırlar. Piyada keçidi olsa belə, nəzərə almaq lazımdır ki, nəqliyyat vasitəsi texnikadır, əyləc məsafəsi uzana bilər, sürücü piyadanı görməyə bilər və s. Biz adətən deyirik ki, piyada və sürücünün göz təması olmalıdır. Hər iki tərəf bir-birini gördüyündən əmin olmalıdır. Keçidin təhlükəsiz olmadığından əmin olmadan yolu keçməyə cəhd etmək isə məsuliyyətsizlikdən irəli gəlir. Belə olan halda səhv piyadalardadır. Səhv bir çox halda ağır faciələrə gətirib çıxarır. Bu məsələ ilə bağlı maarifləndirici tədbirləri gücləndirmək lazımdır".
Ekspert hesab edir ki, piyada infrastrukturu ilə bağlı ciddi problemlər, qüsurlar var: “Bakının mərkəzində belə piyada keçidləri yoxdur, silinib. Bəzi keçidlərdə nişan var, xətləmə yoxdur. Sürücü ən azı 100-150 metr məsafədə piyada keçidinin olduğunu bildirən nişanı görməlidir. Bunlar olmadığı hallarda ciddi problemlər yaşanır”.
Xatırladaq ki, bir həftə öncə DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyadalara müraciət edib. Müraciətdə deyilir:
“Son zamanlar piyada vurma hallarının təhlili qəzaların əsasən piyadaların yolu müəyyən olunmayan yerlərdən keçməsi, nəqliyyat vasitələrinin önündən anidən yola çıxmaları, yolu keçərkən yola baxmamaları və sair bu kimi hallar səbəbindən baş verdiyini göstərir.
Dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, yenə də bəzi piyadalar öz həyatlarına biganə yanaşaraq yol hərəkəti qaydalarını kobud formada pozur, nəticədə öz həyatlarını itirirlər".
Baş Dövlət Yol Polisi İdarəsi bir daha həyat əhəmiyyətli təhlükəsizlik qaydalarını piyadaların və sürücülərin diqqətinə çatdırıb.
Piyadalar üçün təhlükəsizlik qaydaları:
Yolu yalnız müəyyən olunmuş yerlərdən keçin. Piyada keçidləri, yeraltı və ya yerüstü keçidlərdən istifadə edin.
İşıqforun siqnallarına riayət edin. Yalnız yaşıl işıqda yolu keçin. Qırmızı işıqda dayanmaq vacibdir.
Göz təması qurun. Sürücünün sizi gördüyünə əmin olun.
Telefon və qulaqcıqlardan istifadə etməyin.  Yolu keçərkən diqqətiniz dağılmamalıdır.
Gecə vaxtı reflektorlu və ya açıq rəngli geyim geyinin. Bu, sürücülərin sizi daha yaxşı görməsinə kömək edər.
Dayanmış avtomobilin qarşısından yolu keçməyin. Bu, digər sürücülərin sizi görməməsinə səbəb ola bilər.
Qaçaraq və ya ani hərəkətlə yolu keçməyin. Sürücülər sizin hərəkətinizi əvvəlcədən görməli və reaksiya verməyə vaxt tapmalıdırlar.
Sürücülər üçün təhlükəsizlik qaydaları:
Piyada keçidlərinə yaxınlaşarkən sürəti azaldın. Piyadalara yol verməyə hazır olun.
İşıqforlara və yol nişanlarına əməl edin.  Xüsusilə məktəb və xəstəxana yaxınlığında daha diqqətli olun.
Yağışlı və qarlı havada ehtiyatlı sürün. Yol sürüşkən ola bilər və əyləc məsafəsi uzana bilər.
Piyadaları gözləyin və göz təması qurun. Əmin olun ki, piyada sizin maşını dayandırdığınızı anlayır.
Telefon və digər yayındırıcı vasitələrdən istifadə etməyin. Sürərkən diqqətiniz tam yolda olmalıdır.
Alkoqollu içkilərdən sonra sükan arxasına keçməyin. Bu, həm sizin, həm də digər hərəkət iştirakçılarının həyatı üçün təhlükəlidir.
Uşaqlı və yaşlı piyadalara xüsusi diqqət ayırın. Onlar daha ləng hərəkət edə bilər və təhlükəni vaxtında fərq etməyə bilər.
Maksimum sürət həddini aşmayın. Sürət həddi piyadaların və digər nəqliyyat vasitələrinin təhlükəsizliyini qorumaq üçün müəyyən edilib.
Qeyd olunub ki, bu qaydalara riayət etməklə yollarda təhlükəsizliyi təmin etmək mümkündür.

(musavat.com)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 20 Fevral 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see516

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see404

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see361

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see280

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see273

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see261

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see255

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see254

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see245

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see237

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see230

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see223

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see220

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see216

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see214

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see207

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see206

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see192

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see191

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri