Bakıda narkotik əməliyyatı
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə davam etdirilir.
Daxil olan məlumat əsasında keçirilən tədbir nəticəsində əvvəllər məhkum olunan 20 yaşlı Pərviz Cəfərov və tanışı 22 yaşlı Çingiz Rəhimov saxlanılıblar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, onlardan 3 kiloqramdan artıq heroin və marixuana aşkarlanaraq götürülüb.
Bildirilib ki, saxlanılan şəxslər şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları tərəfindən narkokuryerliyə cəlb olunduqlarını və narkotik vasitələri maddi gəlir qarşılığında ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
"Cebheinfo.az"
Baxış sayı:75
Bu xəbər 28 Fevral 2025 15:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















