Bakıda qadın özünü maşına belə çırpdı Ağlagəlməz üsul VİDEO
Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakıda baş verən qəzaların yarısı piyada vurulması ilə nəticələnir. Qəzaların bəziləri sürücü günahı səbəbindən olsa da, bəziləri piyadaların məsuliyyətsizliyi üzündən baş verir.
BAKU.WS xəbər verir ki, elə insanlar var ki, bilərəkdən özlərini maşının altına ataraq, sürücülərə problemlər yaradırlar. Beləlik onlar bilərəkdən qəza şəraiti yaradıb, onları “vuran” sürücülərdən pul tələb edirlər. Belə hadisələrdən biri də avtomobillərin birinə quraşdırılan müşahidə kamerasına tuş gəlib. Həmin videonu BAKU.WS-ə göndəriblər. Görüntülər Yasamal rayonu ərazisində qeydə alınıb. Videodan da göründüyü kimi bir qadın yolun ortasında dayanıb. O, qəfil orta sürətlə hərəkət edən “Mercedes – E klass” markalı, 90 FV 188 nömrə nişanlı avtomobilin üstünə atılıb. Qadın maşına dəyib və yerə yıxılıb. Videodan da açıq-aydın görünür ki, qadın bilərəkdən özünü maşının üstünə atır. Göründüyü kimi bu hadisə intihara cəhd də deyil. Çünki qadın intihar etmək istəsəydi, maşının qarşısına atılardı. Həm də, ölmək istəyən şəxs yavaş hərəkət edən maşının yox, sürətlə gedən avtomobilin altına atılar. Maşının sürücüsü Elməddin Bayramov maşını saxlayıb və qadının vəziyyətilə maraqlanıb. Qadını həkimə aparmağı da təklif edib. Lakin piyada razılaşmayıb. Baş verən hadisənin görüntüsünü təqdim edirik: Ziya SƏCCADBAKU.WS
Bu mövzuda digər xəbərlər:Sürücülüyü öyrənən qadın özünü itirib maşını divara çırpdı VİDEO
15 Yanvar 2025 10:32
Bakıda ehtiyatsız sürücü “Changan”ı qarşısındakı maşına çırpdı ANBAAN VİDEO
03 Oktyabr 2025 11:46
Bakıda qadın özünü belə öldürdü
20 Fevral 2025 19:33
Bakıda ağlagəlməz xidmət: ödənişlə qulaq sındırırlar QİYMƏTLƏR
11 Dekabr 2024 04:21
Baxış sayı:130
Bu xəbər 12 İyul 2026 13:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















