Bakıda ehtiyatsız sürücü “Changan”ı qarşısındakı maşına çırpdı ANBAAN VİDEO
Icma.az bildirir, Avtosfer portalına istinadən.
Yol qəzalarının əsas səbəblərindən biri sürücülərin düzgün ara məsafəsi saxlamamasıdır. Xüsusilə yüksək sürətlə hərəkət zamanı önündə gedən avtomobilə həddindən artıq yaxınlaşmaq, qəfil dayanma halında toqquşmanı qaçılmaz edir. Bu isə çox vaxt zəncirvari qəzalarla nəticələnir.
Ara məsafəsinin düzgün seçilməməsinə səbəb kimi sürət həddinin aşılması, diqqətsizlik, mobil telefondan istifadə və ehtiyatsız davranışlar göstərilir.
Paytaxtın Niyazi küçəsində baş verən son qəza da bu problemin bariz nümunəsidir. Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb. Hərəkətdə olan “Changan” markalı avtomobil, qarşısında gedən “KIA” ilə toqquşub. Kadrlardan görünür ki, “Changan” sürücüsü ara məsafəsini düzgün təyin etmir və nəticədə qəza baş verir.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 03 Oktyabr 2025 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















