Bakıda qadın piyadanı vuran sürücünü sükan arxasında döydülər ANBAAN VİDEO
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakıda baş vermiş yol-nəqliyyat hadisəsi davayla nəticələnib.
Avtosfer.az-ın məlumatına görə, hadisə sentyabrın 4-də günorta saatlarında qeydə alınıb. Kadrdan da göründüyü kimi, yolayrıcından sola dönən “Toyota Aqua” markalı avtomobilin sürücü yolu keçən piyadalardan birini vurub. Nəticədə maşına çırpılan gənc qadın yerə yıxılıb. Bu vaxt vurulan piyadanın yolu keçən kişi geri qayıdaraq avtomobilin sükanına daxil olub və sürücünü döyməyə başlayıb. Ardınca yaxınlıqda olan vətəndaşlar dərhal müdaxilə edərək piyadanı kənarlaşdırıb, bir qismi isə vurulan qadına yardım edib. Daha sonra döyülən sürücü zərərçəkmiş piyadaya yaxınlaşıb və onlar arasında yenidən mübahisə yaranıb.
Qeyd edək ki, ərazidə piyada keçidi nişanı olmasa da yolayrıcından sağa və ya sola dönən sürücü yolun hərəkət hissəsindən keçən piyadaya yol verməlidir.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 05 Sentyabr 2025 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















