Icma.az
close
up
RU
Məhkəmə Bakıda piyadanı vuran sürücünü həbsdən buraxdı

Məhkəmə Bakıda piyadanı vuran sürücünü həbsdən buraxdı

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası yol-nəqliyyat hadisəsi nəticəsində piyadanın sağlamlığına ağır zərər vurmaqda təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması və dəymiş ziyanın tam ödənilməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilməsinə dair qərar qəbul edib.

Lent.az xəbər verir ki, iş materiallarına əsasən, 2025-ci il iyulun 7-də Xocasən–Lökbatan avtomobil yolunun Binəqədi rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi olub.

“Mercedes-Benz E240” markalı avtomobili idarə edən sürücü yolun sol hərəkət zolağı ilə 50–60 km/saat sürətlə hərəkət edərkən yolun sağ kənarından hərəkət hissəsinə daxil olan piyadanı vurub.

İttihama əsasən, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini azaltmaq və dayanmaq üçün zəruri tədbirlər görməyib. Nəticədə piyada müxtəlif bədən xəsarətləri alıb və onun sağlamlığına ağır zərər vurulub.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə sürücü Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Həmçinin zərərçəkmiş şəxsin mülki iddiası qismən təmin olunub.

Hökmdən həm təqsirləndirilən şəxs, həm də zərərçəkmiş şəxs apellyasiya şikayəti verib. Təqsirləndirilən şəxs cəzanın şərti tətbiqini, zərərçəkmiş şəxs isə cəzanın ağırlaşdırılmasını və mülki iddiasının tam təmin olunmasını istəyib.

Lakin işə apellyasiya instansiyasında baxılarkən tərəflər arasında barışıq əldə olunub. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədə ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını, həmçinin mülki iddiadan imtina etdiyini bildirib.

Bakı Apellyasiya Məhkəməsi işin materiallarını və tərəflərin mövqelərini araşdıraraq müəyyən edib ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edib. Hökm çıxarılan zaman şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün qanuni əsaslar mövcud olmayıb.

Bununla belə, apellyasiya baxışı zamanı tərəflər arasında barışığın əldə edilməsi və zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsi yeni hüquqi vəziyyət yaradıb.

Məhkəmə kollegiyası qeyd edib ki, Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən, həmin Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.

Kollegiyanın qənaətinə görə, birinci instansiyanın hökmündən sonra təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün qanuni əsas yarandığından hökm ləğv edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin hökmü ləğv edilib, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeydinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad olunub və cinayət işi üzrə icraata xitam verilib.

Eyni zamanda zərərçəkmiş şəxsin mülki iddiadan imtinası qəbul edilərək mülki iddia üzrə icraata da xitam verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://lent.az
archiveBu xəbər 30 Oktyabr 2026 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see696

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see537

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see486

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see355

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see338

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see289

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see275

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see269

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see256

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see233

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see229

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see228

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see228

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see215

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see215

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see209

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see192

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see188

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see186

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri