Bakıda qadının ərini qətlə yetirməsinin təfərrüatları məlum oldu
Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ərini qətlə yetirməkdə təqsirləndirilən Nərgiz Quliyevanın cinayət işi üzrə məhkəməsində şahidlər dindirilib.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə şahid Leyla Əliyeva ifadə verib.
Lakin şahid ifadəsini səlis vermədiyindən hakim onun istintaq dövründə verdiyi ifadəsini elan edib:
"Hazırda heç bir yerdə işləmirəm. 2016-cı ildə dayımla Nərgiz Quliyeva ailə qurublar. Onların Fərhad adlı övladları olub. Əvvəl münasibətləri yaxşı olsa da, sonradan pisləşdi. Dayım içki düşkünü idi. Biz ona çox məsləhətlər verdik ki, bu əməlindən uzaqlaşsın. Hadisə günü dayımın ad günü idi. Dayım Natiq və babam spirtli içki içirdilər. Nərgiz süfrəni yığışdırıb evin ikinci mərtəbəsinə qalxdı. Sonradan səs eşitdik və bildim ki, Nərgiz dayım Natiqi bıçaqla vuraraq öldürüb. Təcili yardım çağırsaq da, xəstəxanaya çatdıra bilmədik, onun həyatını xilas etmək mümkün olmadı".
Məhkəmənin növbəti iclası fevralın 19-na təyin edilib.
Xatırladaq ki, 2025-ci ilin avqust ayında Bakı şəhərinin Xəzər rayonu, Türkan qəsəbəsində 1986-cı il təvəllüdlü Nərgiz Rafiq qızı Quliyeva yaşadığı evdə münaqişə zəminində əri, 1979-cu il təvəllüdlü Natiqi bıçaqlayaraq qətlə yetirib. N.Quliyeva polis tərəfindən tutularaq istintaqa təhvil verilib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Orxan Rasifoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 05 Fevral 2026 12:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















